Qazaxıstan-Rusiya gərginliyində ÇİN FAKTORU – Tofiq Zülfüqarovun ŞƏRHİ

İyulun 5-də Rusiyanın Novorossiysk məhkəməsi ekoloji normaların pozulmasını əsas gətirərək, Xəzər Boru Kəməri Konsorsiumunun fəaliyyətinin bir ay müddətinə dayandırıb. 

Qeyd edək ki, Qazaxıstan neftinin 70%-ə yaxın hissəsi məhz sözügedən konsorsium vasitəsilə məhz Novorossiysk limanı vasitəsilə dünya bazarlarına çıxarılır.

Lakin bu Qazaxıstan-Rusiya münasibətlərində ilk problem deyil. Belə ki, iyunun 17-də Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ukraynadakı qondarma respublikları tanımayacağını açıqladıqdan sonra, Kremlin buna cavabı gecikməmişdi. İyulun 18-də Rusiya Qazaxıstan neftinin ixrac üçün daşınmasına məhdudiyyətlər qoyub. Qazaxıstan da öz növbəsində ərazisindən Rusiya kömürünün tranzitini dayandırıb və 1 700 vaqon Rusiya kömürünün üzərinə həbs qoyub.

Bəs, Rusiya-Qazaxıstan münasibətlərinin bu dərəcədə gərginləşməsinə səbəb nədir?

Mövzunu Bizim.Media üçün şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, ölkələr arasında gərgin vəziyyət bu ilin yanvar hadisələrindən bəri formalaşmağa başlayıb:

“Bəzən biz Orta Asiyanın ən vacib və əsas oyunçusunu diqqətdən qaçırırıq. Bu Çindir. Biz məsələyə öz mövqeyimizdən baxanda Turandan danışırıq, amma bu ideologiya hələ formalaşma ərəfəsindədir. Onun praktiki səviyyəyə çatması tarixi zaman tələb edir. Amma uzun müddətdir biz görürük ki, Çinin Mərkəzi Asiyadakı fəaliyyəti göz qabağındadır. İlk növbədə iqtisadi baxımdan Çin bu bölgədə çox fəaldır”.

Keçmiş nazirin qənaətinə görə, hazırki gərginləşmə də məhz Rusiya-Çin rəqabətinə əsaslanır:

“Çünki Tokayevin Sankt-Peterburqdakı davranışı onu göstərdi ki, o artıq Çindən hansısa vədlər alıb. Daha əvvəl Çinə rəsmi səfər də baş tutub. Buna görə də, Qazaxıstan Prezidenti özünü kifayət qədər rahat hiss edir. Hesab edirəm ki, hazırki bu proseslər məhz bu hadisələrlə bağlıdır və bunun davamının da olacağını istisna etmirəm”.

Tofiq Zülfüqarov Rusiya-Qazaxıstan gərginləşməsinin gələcək seyri ilə bağlı proqnozlarını da açıqlayıb:
 

“Rusiyanın hazırda çətin vəziyyətdə olduğunu bütün başa düşür. Çünki indi Moskvanın maraqları Ukraynayla bağlıdır və imkanlar ora sərf olunub. İstisna etmirəm ki, Çinin aktivlik nümayiş etdirməsi də məhz bununla bağlıdır. 


Ümumilikdə, Mərkəzi Asiyaya yeni geopolitik oyunçuların cəlb olunması prosesinin şahidi olacağıq. Ümid edirəm ki, hadisələr hərbi konflikt səviyyəsinə qədər gəlib çatmayacaq. Amma rəqabət çox kəskin formada davam edəcək. Oyunçular isə zəifələyən Rusiya, güclənən Çin, ənənəvi olaraq iqtisadi-siyasi mövqeləri güclü olan Qərb və yeni-yeni fəallaşan Turan konsepsiyası”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - AYNA səbəbini AÇIQLADI - VİDEO

Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - AYNA səbəbini AÇIQLADI - VİDEO

Albalı tumlarını çıxarmağın ən praktik yolu

Albalı tumlarını çıxarmağın ən praktik yolu

Astronavtların orqanizmi niyə zəifləyir? - Alimlər səbəbi AÇIQLADI - FOTO

Astronavtların orqanizmi niyə zəifləyir? - Alimlər səbəbi AÇIQLADI - FOTO

Mahsun Kırmızıgül: “Kaş əllərin qırılaydı, Haluk!" – FOTO

Mahsun Kırmızıgül: “Kaş əllərin qırılaydı, Haluk!" – FOTO

Düyü idxalında KƏSKİN AZALMA – Nə baş verir?

Düyü idxalında KƏSKİN AZALMA – Nə baş verir?

Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı

Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı

Qızıl 4 000 dollara ticarət olunur

Qızıl 4 000 dollara ticarət olunur

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi

Azərbaycanın 6 ayda neft ixrac etdiyi TOP-10 ölkə - SİYAHI

Azərbaycanın 6 ayda neft ixrac etdiyi TOP-10 ölkə - SİYAHI

Rusiyanın Novosibirsk vilayətində güclü ZƏLZƏLƏ oldu

Rusiyanın Novosibirsk vilayətində güclü ZƏLZƏLƏ oldu

Allahşükür Paşazadə: “Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün dualar etməliyik”

Allahşükür Paşazadə: “Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün dualar etməliyik”

Toyda qonaqlara "Chanel", "Cartier" hədiyyə olundu

Toyda qonaqlara "Chanel", "Cartier" hədiyyə olundu

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Məğlubiyyətdə birləşib, qələbəni bölüşə bilməyənlərin DRAMI

Məğlubiyyətdə birləşib, qələbəni bölüşə bilməyənlərin DRAMI

İmtahanda ölkənin ən yüksək balları Sumqayıtdan gəldi - FOTO

İmtahanda ölkənin ən yüksək balları Sumqayıtdan gəldi - FOTO

Smartfon istifadəçilərinə xəbərdarlıq

Smartfon istifadəçilərinə xəbərdarlıq

Bakıda itkin düşən azyaşlı bacı-qardaş tapıldı - YENİLƏNİB

Bakıda itkin düşən azyaşlı bacı-qardaş tapıldı - YENİLƏNİB

Ukrayna Tambov vilayətində logistika mərkəzini vurdu - 7 ölü, 24 yaralı – VİDEO

Ukrayna Tambov vilayətində logistika mərkəzini vurdu - 7 ölü, 24 yaralı – VİDEO

Xırdalanda yaşayış binasında YANĞIN: Sakinlər belə təxliyə edildi – VİDEO/YENİLƏNİB

Xırdalanda yaşayış binasında YANĞIN: Sakinlər belə təxliyə edildi – VİDEO/YENİLƏNİB

“Qarabağ”ın biletləri bu gün satışa ÇIXARILIR

“Qarabağ”ın biletləri bu gün satışa ÇIXARILIR

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər SAXLANILDI

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər SAXLANILDI

Moskvaya PUA hücumu - 26 yaralı var

Moskvaya PUA hücumu - 26 yaralı var

Ehtiyat hissələri heç zavodunda tapılmayan Çin maşınları ­– HANSILARDIR?

Ehtiyat hissələri heç zavodunda tapılmayan Çin maşınları ­– HANSILARDIR?

Bu ölkə tamamən boşaldılır

Bu ölkə tamamən boşaldılır

End of content

No more pages to load

RADİO