İlham Əliyev Nazarbayevi təbrik etdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası “Nur Otan” Partiyasının Sədri Nursultan Nazarbayevə məktub ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Nursultan Abişeviç,"

"Lideri olduğunuz “Nur Otan” Partiyasının Qazaxıstanda keçirilmiş parlament seçkilərində inamlı qələbə qazanması münasibətilə Sizi öz adımdan və Yeni Azərbaycan Partiyası adından ürəkdən təbrik edirəm".

"Qazaxıstanın müasir tarixi ölkənin aparıcı siyasi qüvvəsi olan “Nur Otan” Partiyasının fəaliyyəti ilə sıx bağlıdır. Partiya yarandığı gündən Qazaxıstan dövləti və xalqına şərəflə xidmət etmiş, böyük işlər görmüşdür. Qurucusu olduğunuz və başçılıq etdiyiniz partiyanın bu qələbəsi Qazaxıstanın rifahı naminə həyata keçirdiyiniz ümummilli siyasətə, çoxşaxəli fəaliyyətinizə verilən yüksək qiymətin ifadəsi, xalqınızın Sizə olan inam və etimadının bariz təzahürüdür".

"Azərbaycan ilə Qazaxıstanı ortaq mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsindən qaynaqlanan strateji tərəfdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, bu xoş ənənələrə əsaslanan Azərbaycan-Qazaxıstan dostluq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir".

"Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq və firavanlıq arzu edirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Rəsmi məktub yazıblar ki, ölkədə şiddəti təbliğ edirəm"

"Rəsmi məktub yazıblar ki, ölkədə şiddəti təbliğ edirəm"

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar QƏBUL EDİLDİ

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar QƏBUL EDİLDİ

UEFA-dan "Fənərbağça"ya QADAĞA

UEFA-dan "Fənərbağça"ya QADAĞA

Şəkər əvəzinə bal yesək nə baş verər?

Şəkər əvəzinə bal yesək nə baş verər?

Əminə səfirin övladının toyunda səhnə aldı - VİDEO

Əminə səfirin övladının toyunda səhnə aldı - VİDEO

Şəhriyar Məmmədyarov FİNALDA

Şəhriyar Məmmədyarov FİNALDA

Bəzi ərazilərdə İŞIQ KƏSİLƏCƏK

Bəzi ərazilərdə İŞIQ KƏSİLƏCƏK

“Gəlinim dedi ki, bundan sonra biznesdə uç” - VİDEO

“Gəlinim dedi ki, bundan sonra biznesdə uç” - VİDEO

Tramp: “BMT münaqişələrin həllində əvvəlkindən daha çox iştirak etməlidir”

Tramp: “BMT münaqişələrin həllində əvvəlkindən daha çox iştirak etməlidir”

Tum çırtlayaraq işçilərə əziyyət edənlər işdən çıxarıldı - VİDEO

Tum çırtlayaraq işçilərə əziyyət edənlər işdən çıxarıldı - VİDEO

Leyla Əliyeva Albaniyaya səfəri ilə bağlı paylaşım etdi - VİDEO

Leyla Əliyeva Albaniyaya səfəri ilə bağlı paylaşım etdi - VİDEO

“Beşiktaş” 30 milyonluq təklifi QƏBUL ETMƏDİ

“Beşiktaş” 30 milyonluq təklifi QƏBUL ETMƏDİ

Prezidentin sosial media hesablarında Sülh Şurasının ilk iclası ilə bağlı paylaşım edildi - FOTO

Prezidentin sosial media hesablarında Sülh Şurasının ilk iclası ilə bağlı paylaşım edildi - FOTO

Vaşinqtonda TƏXRİBATA CƏHD: Prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları qarşısını aldılar - VİDEO

Vaşinqtonda TƏXRİBATA CƏHD: Prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları qarşısını aldılar - VİDEO

Bakı sakininin Almaniyada işə düzəltmək adı ilə 20 min manatı mənimsənilib - VİDEO

Bakı sakininin Almaniyada işə düzəltmək adı ilə 20 min manatı mənimsənilib - VİDEO

“Arsenal” Bukayo Saka ilə müqaviləni UZATDI

“Arsenal” Bukayo Saka ilə müqaviləni UZATDI

Sabiq vəzifəli şəxslərin həbs müddətinin uzadılması İSTƏNİLDİ

Sabiq vəzifəli şəxslərin həbs müddətinin uzadılması İSTƏNİLDİ

Tramp: “İranla razılaşma əldə edib-etməyəcəyimizi 10 gün ərzində öyrənəcəksiniz”

Tramp: “İranla razılaşma əldə edib-etməyəcəyimizi 10 gün ərzində öyrənəcəksiniz”

Saxta kampaniyalarla bağlı vətəndaşlara XƏBƏRDARLIQ

Saxta kampaniyalarla bağlı vətəndaşlara XƏBƏRDARLIQ

“Borussiya” Braziliya millisinin üzvünü TRANSFER ETDİ

“Borussiya” Braziliya millisinin üzvünü TRANSFER ETDİ

Hikmət Hacıyev: “7 milyard dollar Qəzzaya maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur”

Hikmət Hacıyev: “7 milyard dollar Qəzzaya maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur”

“Belə hal təkrarlansa, hüquqi addım atacağıq”

“Belə hal təkrarlansa, hüquqi addım atacağıq”

Tramp Sülh Şurasının ilk iclasında Azərbaycan - Ermənistan arasındakı sülhdən DANIŞDI

Tramp Sülh Şurasının ilk iclasında Azərbaycan - Ermənistan arasındakı sülhdən DANIŞDI

Gəncədə Vətən müharibəsi qazisi xəstəxanalıq oldu

Gəncədə Vətən müharibəsi qazisi xəstəxanalıq oldu

End of content

No more pages to load

RADİO