Milli Məclisin unudulmaz DEPUTATLARI – Onlar indi haradadırlar?

Uzun illər Milli Məclis kürsüsündə əyləşmiş bir sıra millət vəkilləri var ki, onlar ya öz siyasi fəaliyyətləri, ya da müxtəlif sahələrdə qarışdıqları qalmaqallarla hələ də xatırlanırlar. 

Lakin onlardan bir çoxu deputatlıq dönəmini başa vurduqdan sonra siyasi fəaliyyətdən və mətbuatdan uzaq qalıblar. Bəziləri isə aktiv formada siyasi proseslərdə iştiraklarını davam etdirirlər.

Bizim.Media hələ də yaddaşlarda qalan sabiq millət vəkillərinin hal-hazırda hansı fəaliyyətlə məşğul olduqlarını araşdırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisin MƏŞHUR SİMALARI – Hansı incəsənət adamları millət vəkili olub?


Abel Məhərrəmov

Bakı Dövlət Universitetinin sabiq rektoru 2005 və 2010-cu illərdə parlament seçkilərində qalib gələrək iki çağırış mandat qazanıb. O, 2018-ci ilin 15 noyabrından BDU-dakı vəzifəsindən azad edilib. Hal-hazırda həmin universitetin Üzvi kimya kafedrasının müdiri kimi elmi fəaliyyətini davam etdirir.

Elmira Axundova

Milli Məclisin III, IV və V çağırış deputatı olan yazıçı Elmira Axundova 2020-ci ildən Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışır. Son olaraq Ukraynada vəzifəsini icra etmək yerinə Bakıda konsert proqramında iştirak etdiyinı görə ciddi tənqid hədəfinə çevrilib.

Zeynəb Xanlarova

Xalq artisti I, II, III, IV və V çağırış üzrə ümumilikdə 24 il parlament kürsüsündə əyləşib. Hal-hazırda 85 yaşı olan Zeynəb Xanlarova, həm siyasi, həm də yaradıcılıq fəaliyyətindən uzaq görünür.

Xanhüseyn Kazımlı

Zeynəb Xanlarova kimi Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı da 5 çağırış parlamentdə təmsil olunub. Hal-hazırda partiyanın sədri vəzifəsini onun qızı Əsli Kazımlı icra edir. 79 yaşlı sabiq deputat hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Qiymət və qiymətləndirmə kafedrasının müdiri vəzifəsində elmi fəaliyyətini davam etdirir.

Mübariz Qurbanlı

I, II, III və IV çağırış üzrə 19 il parlament kürsüsündə əyləşmiş Mübariz Qurbanlı 1995-2010-cu illərdə Hesablayıcı Komissiyanın sədri olub. 2014-cü ildən etibarən isə o, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini icra edir. Bu vəzifəyə təyin olunduğu üçün deputat mandatı ləğv olunub.

Çingiz Qənizadə

Milli Məclisin IV və V çağırış millət vəkili olmuş hüquq müdafiəçisi Çingiz Qənizadə hal-hazırda Demokratiya və İnsan Hüquqları komitəsinin sədri vəzifəsində çalışır. 6-cı çağırış parlament seçkilərində 80 saylı İmişli-Beyləqan seçki dairəsindən namizədliyini irəli sürən Ç. Qənizadənin qalib olduğu açıqlansa da, sonradan həmin dairənin nəticələri ləğv olunmuşdu.

Bahar Muradova

II, III, IV və V çağırış millət vəkili seçilən Bahar Muradova da 19 il deputat kürsüsündə əyləşib. 12 mart 2020-ci ildən etibarən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsini icra edir. Eyni zamanda YAP-ın İdarə Heyətinin üzvüdür.

Hadı Rəcəbli

Hadı Rəcəbli də 1995-ci ildən 2019-cu ilə qədər millət vəkili kürsüsündə əyləşib. VI çağırış parlament seçkilərində isə 74 saylı Lənkəran seçki dairəsindən namizədliyini irəli sürən Hadı Rəcəblinin qalib olduğu elan edilsə də, sonradan qanun pozuntuları səbəbindən həmin dairə üzrə nəticələr ləğv olunub. Sabiq deputat uzun müddətdir ki, mətbuatdan uzaq qalıb.

Hüseynbala Mirələmov

III, IV, V çağırış deputat seçilən Hüseynbala Mirələmov isə son olaraq ötən ilin aprel ayında qeyri-etik görüntülərinin yayılmasından sonra gündəmə gəlib. O, aprelin 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Neftin, qazın nəqli və saxlanması" kafedrasının  müdiri vəzifəsindən, 23-də YAP sıralarından xaric edilib. Son açıqlamalarında yazıçı yaradıcılıq fəaliyyəti ilə məşğul olduğunu açıqlayıb.

Cavid Qurbanov

III, IV və V çağırış üzrə millət vəkili seçilmiş Cavid Qurbanov 2015-ci ilin fevralından 2022-ci ilin mayına qədər “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsini icra edib. Sözügedən vəzifəasindən azad olunduqdan sonra C. Qurbanov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib. 

Yaqub Mahmudov

II, III, IV və V çağırış deputatı olan Yaqub Mahmudov 19 il Milli Məclis kürsüsündə əyləşib.83 yaşlı tarixçi alim hal-hazırda Bakı Dövlət Universitetinin qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri kimi elmi fəaliyyətlə məşğuldur.

İqbal Ağazadə

İqbal Ağazadə II, III və IV çağırış üzrə millət vəkili seçilib. İqbal Ağazadə VI çağırış parlament seçkilərində namizədliyini irəli sürüb və 35 saylı Xətai seçki dairəsində Rauf Arifoğlu ilə ciddi rəqabət yaşanıb. Sonradan sözügedən dairə üzrə seçki nəticələri ləğv olunub. İqbal Ağazadə Ümid Partiyasının sədri kimi siyasi fəaliyyətini davam etdirir.

Arif Rəhimzadə

I, II, III, IV və V-ci çağırış üzrə millət vəkili olmuş Arif Rəhimzadə hal-hazırda YAP-da fəaliyyətini davam etdirir. O, partiyanın Veteranlar Şurasının sədridir. 

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Albalı tumlarını çıxarmağın ən praktik yolu

Albalı tumlarını çıxarmağın ən praktik yolu

Astronavtların orqanizmi niyə zəifləyir? - Alimlər səbəbi AÇIQLADI - FOTO

Astronavtların orqanizmi niyə zəifləyir? - Alimlər səbəbi AÇIQLADI - FOTO

Mahsun Kırmızıgül: “Kaş əllərin qırılaydı, Haluk!" – FOTO

Mahsun Kırmızıgül: “Kaş əllərin qırılaydı, Haluk!" – FOTO

Düyü idxalında KƏSKİN AZALMA – Nə baş verir?

Düyü idxalında KƏSKİN AZALMA – Nə baş verir?

Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı

Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı

Qızıl 4 000 dollara ticarət olunur

Qızıl 4 000 dollara ticarət olunur

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi

Azərbaycanın 6 ayda neft ixrac etdiyi TOP-10 ölkə - SİYAHI

Azərbaycanın 6 ayda neft ixrac etdiyi TOP-10 ölkə - SİYAHI

Rusiyanın Novosibirsk vilayətində güclü ZƏLZƏLƏ oldu

Rusiyanın Novosibirsk vilayətində güclü ZƏLZƏLƏ oldu

Allahşükür Paşazadə: “Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün dualar etməliyik”

Allahşükür Paşazadə: “Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün dualar etməliyik”

Toyda qonaqlara "Chanel", "Cartier" hədiyyə olundu

Toyda qonaqlara "Chanel", "Cartier" hədiyyə olundu

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Məğlubiyyətdə birləşib, qələbəni bölüşə bilməyənlərin DRAMI

Məğlubiyyətdə birləşib, qələbəni bölüşə bilməyənlərin DRAMI

İmtahanda ölkənin ən yüksək balları Sumqayıtdan gəldi - FOTO

İmtahanda ölkənin ən yüksək balları Sumqayıtdan gəldi - FOTO

Smartfon istifadəçilərinə xəbərdarlıq

Smartfon istifadəçilərinə xəbərdarlıq

Bakıda itkin düşən azyaşlı bacı-qardaş tapıldı - YENİLƏNİB

Bakıda itkin düşən azyaşlı bacı-qardaş tapıldı - YENİLƏNİB

Ukrayna Tambov vilayətində logistika mərkəzini vurdu - 7 ölü, 24 yaralı – VİDEO

Ukrayna Tambov vilayətində logistika mərkəzini vurdu - 7 ölü, 24 yaralı – VİDEO

Xırdalanda yaşayış binasında YANĞIN: Sakinlər belə təxliyə edildi – VİDEO/YENİLƏNİB

Xırdalanda yaşayış binasında YANĞIN: Sakinlər belə təxliyə edildi – VİDEO/YENİLƏNİB

“Qarabağ”ın biletləri bu gün satışa ÇIXARILIR

“Qarabağ”ın biletləri bu gün satışa ÇIXARILIR

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər SAXLANILDI

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər SAXLANILDI

Moskvaya PUA hücumu - 26 yaralı var

Moskvaya PUA hücumu - 26 yaralı var

Ehtiyat hissələri heç zavodunda tapılmayan Çin maşınları ­– HANSILARDIR?

Ehtiyat hissələri heç zavodunda tapılmayan Çin maşınları ­– HANSILARDIR?

Bu ölkə tamamən boşaldılır

Bu ölkə tamamən boşaldılır

Məhkəmə məşhur xəstəxana ilə bağlı qərar verdi

Məhkəmə məşhur xəstəxana ilə bağlı qərar verdi

End of content

No more pages to load

RADİO