Pakistan və Azərbaycanın xarici işlər nazirləri neft-qaz, kənd təsərrüfatı, dəmir yolları və təhsil sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsini müzakirə edəcəklər.
Bizim.Media xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirlib ki, Pakistanın xarici işlər naziri Mahmud Qureyşinin dəvəti ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 13-14 yanvar 2021-ci il tarixində İslamabadda səfərdə olacaq.
İki xarici işlər naziri nümayəndə heyətləri səviyyəsində danışıqlar aparacaq.
Bildirilib ki, XİN başçıları neft-qaz, kənd təsərrüfatı, dəmir yolları və təhsil sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsini müzakirə edəcəklər.
Nazir Ceyhun Bayramov bir sıra yüksək səviyyəli şəxslərlə görüşəcək.
Qeyd edək ki, sabah İslamabadda Pakistan, Türkiyə və Azərbaycan XİN başçılarının görüşü keçiriləcək.
Bizim.Media