“Türkiyə Avropa İttifaqı (Aİ) ölkələri ilə NATO-da bir yerdədir, müttəfiqdir. Amma necə olur ki, Türkiyənin terrorla mübarizəsində bu ölkələr bizim yanımızda yer almırlar?”
Bizim.Media-nın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aİ ölkələrinin Türkiyədəki səfirlərinə müraciətində deyib.
Ərdoğan bildirib ki, Türkiyə Dağlıq Qarabağ, Liviya və Suriyada apardığı mübarizədə Aİ ölkələrindən dəstək almayıb:
“ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsini 30 ildə həll etməyi bacarmadı, amma 44 gündə bizim dəstəyimizlə bu problem həllini tapdı”.
Bizim.Media