Rusiya sülhməramlıları Dağlıq Qarabağda fasiləsiz olaraq vəziyyətin monitorinqini aparır. Atəşkəs rejiminə bütün təmas xətti boyu riayət olunur.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələri hərbçiləri atıcı silahlardan və qəlpələrdən qorumaq, ətraf ərazilərin hərtərəfli müşahidəsi üçün hazırlanmış blokpost istehkamları ilə təchiz edilib.
Bizim.Media