Prezidentin Kəlbəcər və Laçın səfərlərində verdiyi 7 MÜHÜM MESAJ

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfərdə olub. 

Dövlət başçısı əvvəlcə Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış olub.

Tikintisi 2025-ci ildə yekunlaşacaq Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu Göygöl, Kəlbəcər rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, Kəlbəcər şəhərinə və İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək. 
 

MÖVZU İLƏ BAĞLI:

"Qarabağda və Şərqi Zəngəzurda hərbi gücümüz daim möhkəm olmalıdır" - Prezident - VİDEO


Prezident Kəlbəcər rayonuna səfəri çərçivəsində Kəlbəcərdə komando hərbi hissəsinin açılışında iştirak edib. Burada çıxışı zamanı bildirib ki, 1993-cü ilin aprelində itirdiyimiz Kəlbəcərdə bu gün Ordu Gününü qürurla qeyd edirik.

O həmçinin vurğulayıb ki, Vətən müharibəsində xalqımızın böyüklüyünü göstərdik, yenilməz ruhumuzu göstərdik, güclü iradəni göstərdik və göstərdik ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyil. 

İlham Əliyev qeyd edib ki, müharibədən sonra bu gün Azərbaycan Ordusu həm təchizat, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərindən daha da güclənib. Ordumuzun inkişafı üçün bundan sonra daha ciddi addımlar atılacaq. 

“İstisu” sanatoriyasının təməlqoyma mərasimində çıxışı zamanı isə dövlət başçısı 2024-cü ildə Laçında beytnəlxalq hava limanının istifadəyə veriləcəyi mesajını verdi. 

Məlum olduğu kimi, Prezidentin hər çıxışı zamanı verdiyi mesajlar ölkə və dünya ictimaiyyəti tərəfindən də diqqətlə izlənilir. 
Bəs, İlham Əliyevin bu dəfəki səfəri hansı mesajlarla yadda qaldı?  

1. Laçın və Kəlbəcər rayonları Azərbaycanın mühüm turizm zonasına çevriləcək. Laçında beynəlxalq hava limanının açılması həmin regionda turizmin inkişafına xüsusi təkan verəcək.

2. Erməni vəhşilikləri barədə məlumatların dünyaya çatdırılması işi daha da genişləndiriləcək. Tarix bu faktları unutmamalıdır.

3. Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın hərbi gücü daim möhkəm olacaq. Kəlbəcərdə hərbi hissənin açılması da göstərir ki, Azərbaycan bütün addımlarında olduğu kimi, bu istəyində də qətiyyətlidir.

4. Azərbaycan xalqı böyük xalq olduğunu bütün dünyaya göstərdi. Qarabağ hər zaman Azərbaycan torpağı olub - işğal dövründə də, müharibə dövründə də, müharibədən sonra da və bu gün də. Bu tarixi həqiqəti heç kim dəyişə bilməyəcək.

5. Ermənistanla sərhəddə Azərbaycanın mövqeləri daha da möhkəmlənəcək. Ermənistanla bütün sərhəd boyunca yeni mövqelər, yeni postlar quraşdırılır. Mövqelərimizə daha rahat getməyimiz üçün heç vaxt olmayan, Ermənistan sərhədinə gedən bir çox yollar salınır. Bir qarış torpağımız belə güzəşt edilməyəcək.

6. Ermənistanın revanşist qüvvələrinə bir daha göstərildi ki, “Dəmir yumruq” yerindədir. Dövlət başçısının qeyd etdiyi kimi, Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz həqiqətimizi bütün dağlara yazmışıq.

7. Azərbaycan bundan sonra da Ordunun inkişafı üçün ciddi addımlar atacaq. Yeni silahlar, ən müasir texnika Azərbaycana gətirilir və gətiriləcək. Vətən müharibəsində Ermənistanı məğlub etməyimiz onlar üçün dərs olmalıdır. Biz sülh tərəfdarıyıq, amma istənilən varinatda müstəqilliyimiz və suverenliyimiz söz konusu ola bilməz.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Müdafiə Nazirliyində milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi barədə QƏRAR

Müdafiə Nazirliyində milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi barədə QƏRAR

Ceki Çanın Azərbaycana gələcəyi tarix AÇIQLANDI

Ceki Çanın Azərbaycana gələcəyi tarix AÇIQLANDI

Müctəba Xamenei müharibə bitənə qədər ictimaiyyət qarşısına ÇIXMAYACAQ

Müctəba Xamenei müharibə bitənə qədər ictimaiyyət qarşısına ÇIXMAYACAQ

Ötən gün qanunsuz saxlanılan 14 tüfəng aşkarlandı

Ötən gün qanunsuz saxlanılan 14 tüfəng aşkarlandı

Bakıda və rayonlarda yenə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bakıda və rayonlarda yenə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Kim deyər ki, 82 yaşı var... – FOTO

Kim deyər ki, 82 yaşı var... – FOTO

Venesueladakı zəlzələdə ölənlərin sayı ARTDI

Venesueladakı zəlzələdə ölənlərin sayı ARTDI

Final fitini səsləndirəcək hakim barədə şok fakt üzə çıxdı - Video

Final fitini səsləndirəcək hakim barədə şok fakt üzə çıxdı - Video

Kondisionerdən belə istifadə edin, işıq pulunuz azalsın

Kondisionerdən belə istifadə edin, işıq pulunuz azalsın

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

"Çox dərs oxumurdum" - 400 bal toplayan Paşa

"Çox dərs oxumurdum" - 400 bal toplayan Paşa

Azərbaycanda bu qədər qadın ALİMENT borclusudur

Azərbaycanda bu qədər qadın ALİMENT borclusudur

Atmosferi olan ekzoplanet TAPILDI: Orada həyat ola bilərmi?

Atmosferi olan ekzoplanet TAPILDI: Orada həyat ola bilərmi?

Dünya çempionu ABŞ-yə buraxılmır - Trampdan kömək istədi

Dünya çempionu ABŞ-yə buraxılmır - Trampdan kömək istədi

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO

Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı

Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - AYNA səbəbini AÇIQLADI - VİDEO

Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - AYNA səbəbini AÇIQLADI - VİDEO

Albalı tumlarını çıxarmağın ən praktik yolu

Albalı tumlarını çıxarmağın ən praktik yolu

Astronavtların orqanizmi niyə zəifləyir? - Alimlər səbəbi AÇIQLADI - FOTO

Astronavtların orqanizmi niyə zəifləyir? - Alimlər səbəbi AÇIQLADI - FOTO

Mahsun Kırmızıgül: “Kaş əllərin qırılaydı, Haluk!" – FOTO

Mahsun Kırmızıgül: “Kaş əllərin qırılaydı, Haluk!" – FOTO

Düyü idxalında KƏSKİN AZALMA – Nə baş verir?

Düyü idxalında KƏSKİN AZALMA – Nə baş verir?

Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı

Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı

Qızıl 4 000 dollara ticarət olunur

Qızıl 4 000 dollara ticarət olunur

End of content

No more pages to load

RADİO