"Qarabağda və Şərqi Zəngəzurda hərbi gücümüz daim möhkəm olmalıdır" - Prezident - VİDEO

"Qarabağda və Şərqi Zəngəzurda bizim hərbi gücümüz daim möhkəm olmalıdır". 

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

"Bütün dünyaya sübut etdik ki, Qarabağ Azərbaycandır" - İlham Əliyev 


"Biz Kəlbəcəri bir güllə atılmadan azad etdik, öz doğma diyarımızı qaytardıq və bu gün Kəlbəcərdə quruculuq işləri gedir. Mən ikinci dəfədir Kəlbəcərə gəlirəm və bu gün də bir çox tədbirlər var. Kəlbəcərin infrastrukturu, elektrik təchizatı, su təchizatı, evlərin tikilməsi - artıq buna start verilir. Əlbəttə ki, biz, ilk növbədə, hərbi təyinatlı yolları inşa etməliydik və bunu etdik.

Bu gün bu hərbi hissənin açılması bir daha göstərir ki, biz istədiyimizə nail olacağıq - Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik. Artıq bu proses başlamışdır və ilk növbədə, bu bölgədə - Qarabağda və Şərqi Zəngəzurda bizim hərbi gücümüz daim möhkəm olmalıdır. Ona görə bugünkü mərasim xüsusi məna daşıyır, rəmzi məna daşıyır.

Biz 1993-cü ilin aprelində itirdiyimiz Kəlbəcərdə bu gün Ordu Gününü qeyd edirik, qürurla qeyd edirik. Onu da deməliyəm, işğal dövründə müxtəlif variantlar müzakirə olunurdu, vasitəçilər tərəfindən bizə müxtəlif variantlar təklif edilirdi.

Bütün bu variantlarda Kəlbəcərin Azərbaycana qaytarılması məsələsi ayrıca mövzu kimi gündəlikdə idi.

Mən hər zaman deyirdim ki, biz bütün torpaqları geri almalıyıq. Beş rayonla biz kifayətlənə bilmərik. Kəlbəcər, Laçın, Şuşa, digər rayonlar da bizdə olmalıdır, bu, bizim tarixi torpağımızdır, dədə-babalarımızın diyarıdır və buna nail olduq. Kəlbəcərdə bu hərbi bayramı keçirmək əlavə zövq verir, bizim qəlbimizi daha da böyük qürurla doldurur.
Biz bütün dünyaya sübut etmişik ki, biz böyük xalqıq. Qarabağ hər zaman Azərbaycan torpağı olub - işğal dövründə də, müharibə dövründə də, müharibədən sonra da və bu gün də. Qarabağ Azərbaycandır!", - Prezident vurğulayıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ Dövlət Departamentindən Nərgiz Məhəmmədi ilə bağlı AÇIQLAMA

ABŞ Dövlət Departamentindən Nərgiz Məhəmmədi ilə bağlı AÇIQLAMA

"Mən ona xəyanət etməmişəm" – VİDEO

"Mən ona xəyanət etməmişəm" – VİDEO

Hikmət Hacıyev Türkiyə rəsmiləri ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? – FOTO

Hikmət Hacıyev Türkiyə rəsmiləri ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? – FOTO

Milli Məclisin iclası BAŞLADI – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası BAŞLADI – Hansı məsələlər müzakirə olunur?

Beyləqanda körpə doğuşdan sonra VƏFAT ETDİ

Beyləqanda körpə doğuşdan sonra VƏFAT ETDİ

FAKTİKİ HAVA: Azərbaycanda yağış və qar yağır

FAKTİKİ HAVA: Azərbaycanda yağış və qar yağır

“Fənərbaxça” doğma meydanda qalib gəldi - VİDEO

“Fənərbaxça” doğma meydanda qalib gəldi - VİDEO

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşdı

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşdı

İtaliyada film kimi OĞURLUQ – İnkassator maşınını belə soydular – ANBAAN VİDEO

İtaliyada film kimi OĞURLUQ – İnkassator maşınını belə soydular – ANBAAN VİDEO

Bülbülə sakini dəm qazından VƏFAT ETDİ

Bülbülə sakini dəm qazından VƏFAT ETDİ

Pensiya kapitalı bu qədər ARTIRILDI – Nazir müavinindən AÇIQLAMA

Pensiya kapitalı bu qədər ARTIRILDI – Nazir müavinindən AÇIQLAMA

Qış Olimpiya Oyunları: İdmançımız bu gün mübarizəyə başlayır

Qış Olimpiya Oyunları: İdmançımız bu gün mübarizəyə başlayır

Nəsiminin yeni icra başçısı kollektivə təqdim olundu – FOTO

Nəsiminin yeni icra başçısı kollektivə təqdim olundu – FOTO

Pensiyaçılara ŞAD XƏBƏR

Pensiyaçılara ŞAD XƏBƏR

Lavrovun hədələri, Avropanın çıxılmaz VƏZİYYƏTİ – Rusiya yeni müharibəyə HAZIRLAŞIR?

Lavrovun hədələri, Avropanın çıxılmaz VƏZİYYƏTİ – Rusiya yeni müharibəyə HAZIRLAŞIR?

Yamal yeni rekorda İMZA ATDI

Yamal yeni rekorda İMZA ATDI

“Yol əhvalatı” filminin Amerika VERSİYASI – Təyyarə magistrala eniş etdi – ANBAAN VİDEO

“Yol əhvalatı” filminin Amerika VERSİYASI – Təyyarə magistrala eniş etdi – ANBAAN VİDEO

Strateji investisiyalar bu halda dövlət tərəfindən ALINA BİLƏCƏK

Strateji investisiyalar bu halda dövlət tərəfindən ALINA BİLƏCƏK

Qədr gecələrinin vaxtı AÇIQLANDI

Qədr gecələrinin vaxtı AÇIQLANDI

ADY-dən hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ

ADY-dən hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Yaşlı insanların təqaüd kartlarını talayan şəxs TUTULDU

Yaşlı insanların təqaüd kartlarını talayan şəxs TUTULDU

Ukraynada yaralanan azərbaycanlı döyüşçü vəfat etdi – FOTO

Ukraynada yaralanan azərbaycanlı döyüşçü vəfat etdi – FOTO

Torpaq sahələri və mənzillər BAHALAŞACAQ – BU TARİXDƏ

Torpaq sahələri və mənzillər BAHALAŞACAQ – BU TARİXDƏ

End of content

No more pages to load

RADİO