"Bütün dünyaya sübut etdik ki, Qarabağ Azərbaycandır" - İlham Əliyev - VİDEO

"Biz Vətən müharibəsində xalqımızın böyüklüyünü göstərdik, yenilməz ruhumuzu göstərdik, güclü iradəni göstərdik və göstərdik ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi. Sadəcə olaraq, biz istəyirdik ki, bu məsələ sülh yolu ilə həll olunsun və uzun illər apardığımız danışıqların məqsədi məhz bu idi. Biz istəmirdik ki, qan tökülsün". 

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

"Bütün dünyaya sübut etdik ki, Qarabağ Azərbaycandır" - İlham Əliyev 


"Ümid edirdik ki, beynəlxalq aləm Ermənistana sanksiyalar tətbiq etməklə işğalçını məcbur edib bizim torpağımızdan çıxaracaq. Ancaq əfsuslar olsun ki, biz bunu görmədik və Azərbaycan xalqı bütün gücünü səfərbər edib tarixi şərəfli missiyanı yerinə yetirib.

Biz müzəffər xalq kimi, qalib dövlət kimi bundan sonra əbədi yaşayacağıq. Ancaq biz bu şanlı Qələbəni əldə etmək üçün gecə-gündüz çalışmalı idik, güc toplamalı idik. Çünki bu gün dünyada güc amili ön plandadır. Beynəlxalq hüququn norma və prinsipləri işləmir, beynəlxalq təşkilatlar faktiki olaraq fəaliyyəti formal şəkildə davam etdirir.

Haqq-ədalət bizim tərəfimizdə idi, beynəlxalq hüquq bizim tərəfimizdə idi, bizim torpaqlar işğal altında idi. Ancaq işğalçıya heç kim “Azərbaycan torpaqlarından çıx!” deməmişdir. Ona görə biz güc toplamalı idik ki, özümüz bu vəzifəni icra edək və toplayırdıq.

Siyasi güc topladıq, beynəlxalq aləmdə öz gücümüzü artırdıq. Bütün dünyaya sübut etdik ki, Qarabağ Azərbaycandır və Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. İqtisadi güc topladıq və iqtisadi müstəqillik əldə etdik.
Əgər iqtisadi müstəqillik olmasaydı, imkanlarımız olmasaydı, biz müharibəni hansı vasitələrlə aparacaqdıq? Ona görə iqtisadi müstəqillik və sürətli inkişaf bizim Qələbəmizi yaxınlaşdırırdı", - Prezident vurğulayıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ Dövlət Departamentindən Nərgiz Məhəmmədi ilə bağlı AÇIQLAMA

ABŞ Dövlət Departamentindən Nərgiz Məhəmmədi ilə bağlı AÇIQLAMA

"Mən ona xəyanət etməmişəm" – VİDEO

"Mən ona xəyanət etməmişəm" – VİDEO

Hikmət Hacıyev Türkiyə rəsmiləri ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? – FOTO

Hikmət Hacıyev Türkiyə rəsmiləri ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? – FOTO

Milli Məclisin iclası BAŞLADI – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası BAŞLADI – Hansı məsələlər müzakirə olunur?

Beyləqanda körpə doğuşdan sonra VƏFAT ETDİ

Beyləqanda körpə doğuşdan sonra VƏFAT ETDİ

FAKTİKİ HAVA: Azərbaycanda yağış və qar yağır

FAKTİKİ HAVA: Azərbaycanda yağış və qar yağır

“Fənərbaxça” doğma meydanda qalib gəldi - VİDEO

“Fənərbaxça” doğma meydanda qalib gəldi - VİDEO

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşdı

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşdı

İtaliyada film kimi OĞURLUQ – İnkassator maşınını belə soydular – ANBAAN VİDEO

İtaliyada film kimi OĞURLUQ – İnkassator maşınını belə soydular – ANBAAN VİDEO

Bülbülə sakini dəm qazından VƏFAT ETDİ

Bülbülə sakini dəm qazından VƏFAT ETDİ

Pensiya kapitalı bu qədər ARTIRILDI – Nazir müavinindən AÇIQLAMA

Pensiya kapitalı bu qədər ARTIRILDI – Nazir müavinindən AÇIQLAMA

Qış Olimpiya Oyunları: İdmançımız bu gün mübarizəyə başlayır

Qış Olimpiya Oyunları: İdmançımız bu gün mübarizəyə başlayır

Nəsiminin yeni icra başçısı kollektivə təqdim olundu – FOTO

Nəsiminin yeni icra başçısı kollektivə təqdim olundu – FOTO

Pensiyaçılara ŞAD XƏBƏR

Pensiyaçılara ŞAD XƏBƏR

Lavrovun hədələri, Avropanın çıxılmaz VƏZİYYƏTİ – Rusiya yeni müharibəyə HAZIRLAŞIR?

Lavrovun hədələri, Avropanın çıxılmaz VƏZİYYƏTİ – Rusiya yeni müharibəyə HAZIRLAŞIR?

Yamal yeni rekorda İMZA ATDI

Yamal yeni rekorda İMZA ATDI

“Yol əhvalatı” filminin Amerika VERSİYASI – Təyyarə magistrala eniş etdi – ANBAAN VİDEO

“Yol əhvalatı” filminin Amerika VERSİYASI – Təyyarə magistrala eniş etdi – ANBAAN VİDEO

Strateji investisiyalar bu halda dövlət tərəfindən ALINA BİLƏCƏK

Strateji investisiyalar bu halda dövlət tərəfindən ALINA BİLƏCƏK

Qədr gecələrinin vaxtı AÇIQLANDI

Qədr gecələrinin vaxtı AÇIQLANDI

ADY-dən hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ

ADY-dən hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Yaşlı insanların təqaüd kartlarını talayan şəxs TUTULDU

Yaşlı insanların təqaüd kartlarını talayan şəxs TUTULDU

Ukraynada yaralanan azərbaycanlı döyüşçü vəfat etdi – FOTO

Ukraynada yaralanan azərbaycanlı döyüşçü vəfat etdi – FOTO

Torpaq sahələri və mənzillər BAHALAŞACAQ – BU TARİXDƏ

Torpaq sahələri və mənzillər BAHALAŞACAQ – BU TARİXDƏ

End of content

No more pages to load

RADİO