Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin İslamabadda növbəti görüşü olacaq.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.
Çavuşoğlu qeyd edib ki, yanvarın 13-də nazirlərin üçtərəfli görüşü keçiriləcək, Azərbaycan-Türkiyə-Pakistan zirvə görüşünə hazırlıq müzakirə ediləcək.
Türkiyəli nazir İslamabadda azərbaycanlı həmkarı Ceyhun Bayramovla ikitərəfli görüş keçirəcəyini də vurğulayıb.
Bizim.Media