“Azərbaycan Ordusu bölmələrinin dislokasiya olunduğu Azərbaycan-Ermənistan dövlət sərhədi sahəsində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərində vəziyyət daim nəzarətimiz altındadır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərtac-a müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, sərhəddə baş verən hər hansı bir təxribata qarşı dərhal adekvat cavab tədbirləri görülür.
Bizim.Media