“Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının açılışı oldu

İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər rayonunda yeni tikilmiş 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının (KSES) açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası haqqında məlumat verib.

Bildirilib ki, Lev çayı üzərində inşa olunan stansiya işğaldan azad edildikdən sonra Kəlbəcərdə tikilərək istismara verilən ilk enerji istehsalı obyektidir.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Toğanalı-Kəlbəcər avtomobil yolunda 2 tunelin tikintisi ilə tanış oldu - YENİLƏNİB


“Yaşıl enerji zonası” konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edəcək “Kəlbəcər-1” KSES-də maşın zalı tikilib, yeni aqreqat, generator, idarəetmə panelləri və transformatorlar quraşdırılıb. Burada 110/6 kilovoltluq yarımstansiya da inşa edilib.

Qeyd olunub ki, “Kəlbəcər-1” KSES Azərbaycanın ümumi enerji sisteminə qoşulub. Rəqəmsal qaydada açılıb-qoşulma, intellektual idarəetmə, operativ monitorinq və təhlil aparılması mümkün olan yeni stansiyanın işinə Kəlbəcərdən olduğu kimi, Bakıdakı Baş İdarəetmə Mərkəzindən də nəzarət və onu idarə etmək əlçatan olub.

Məsafədən idarə edilən KSES-lər demək olar işçi heyət olmadan işlədilir. Stansiyaların idarəetmə sistemi tam avtomatlaşdırılıb, xüsusi proqram təminatı ilə rəqəmsallaşdırılıb ki, bu da istehsal olunan elektrik enerjisinin maya dəyərinin daha da aşağı düşməsinə gətirib çıxarır.
Xatırladaq ki, işğaldan azad edilən ərazilərin “yaşıl enerji zonası”na çevrilməsi ilə bağlı dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Vətən müharibəsində Qələbədən sonra ümumi gücü 20 meqavat olan “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2” və “Kəlbəcər-1” Kiçik Su Elektrik stansiyaları tikilib istifadəyə verilib. İndiyədək bu stansiyalarda 30 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub.

***

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib.

Bizim.Media xəbər verir ki, səfər çərçivəsində Azərbaycan lideri Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ Dövlət Departamentindən Nərgiz Məhəmmədi ilə bağlı AÇIQLAMA

ABŞ Dövlət Departamentindən Nərgiz Məhəmmədi ilə bağlı AÇIQLAMA

"Mən ona xəyanət etməmişəm" – VİDEO

"Mən ona xəyanət etməmişəm" – VİDEO

Hikmət Hacıyev Türkiyə rəsmiləri ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? – FOTO

Hikmət Hacıyev Türkiyə rəsmiləri ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? – FOTO

Milli Məclisin iclası BAŞLADI – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası BAŞLADI – Hansı məsələlər müzakirə olunur?

Beyləqanda körpə doğuşdan sonra VƏFAT ETDİ

Beyləqanda körpə doğuşdan sonra VƏFAT ETDİ

FAKTİKİ HAVA: Azərbaycanda yağış və qar yağır

FAKTİKİ HAVA: Azərbaycanda yağış və qar yağır

“Fənərbaxça” doğma meydanda qalib gəldi - VİDEO

“Fənərbaxça” doğma meydanda qalib gəldi - VİDEO

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşdı

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşdı

İtaliyada film kimi OĞURLUQ – İnkassator maşınını belə soydular – ANBAAN VİDEO

İtaliyada film kimi OĞURLUQ – İnkassator maşınını belə soydular – ANBAAN VİDEO

Bülbülə sakini dəm qazından VƏFAT ETDİ

Bülbülə sakini dəm qazından VƏFAT ETDİ

Pensiya kapitalı bu qədər ARTIRILDI – Nazir müavinindən AÇIQLAMA

Pensiya kapitalı bu qədər ARTIRILDI – Nazir müavinindən AÇIQLAMA

Qış Olimpiya Oyunları: İdmançımız bu gün mübarizəyə başlayır

Qış Olimpiya Oyunları: İdmançımız bu gün mübarizəyə başlayır

Nəsiminin yeni icra başçısı kollektivə təqdim olundu – FOTO

Nəsiminin yeni icra başçısı kollektivə təqdim olundu – FOTO

Pensiyaçılara ŞAD XƏBƏR

Pensiyaçılara ŞAD XƏBƏR

Lavrovun hədələri, Avropanın çıxılmaz VƏZİYYƏTİ – Rusiya yeni müharibəyə HAZIRLAŞIR?

Lavrovun hədələri, Avropanın çıxılmaz VƏZİYYƏTİ – Rusiya yeni müharibəyə HAZIRLAŞIR?

Yamal yeni rekorda İMZA ATDI

Yamal yeni rekorda İMZA ATDI

“Yol əhvalatı” filminin Amerika VERSİYASI – Təyyarə magistrala eniş etdi – ANBAAN VİDEO

“Yol əhvalatı” filminin Amerika VERSİYASI – Təyyarə magistrala eniş etdi – ANBAAN VİDEO

Strateji investisiyalar bu halda dövlət tərəfindən ALINA BİLƏCƏK

Strateji investisiyalar bu halda dövlət tərəfindən ALINA BİLƏCƏK

Qədr gecələrinin vaxtı AÇIQLANDI

Qədr gecələrinin vaxtı AÇIQLANDI

ADY-dən hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ

ADY-dən hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Yaşlı insanların təqaüd kartlarını talayan şəxs TUTULDU

Yaşlı insanların təqaüd kartlarını talayan şəxs TUTULDU

Ukraynada yaralanan azərbaycanlı döyüşçü vəfat etdi – FOTO

Ukraynada yaralanan azərbaycanlı döyüşçü vəfat etdi – FOTO

Torpaq sahələri və mənzillər BAHALAŞACAQ – BU TARİXDƏ

Torpaq sahələri və mənzillər BAHALAŞACAQ – BU TARİXDƏ

End of content

No more pages to load

RADİO