Prezident Toğanalı-Kəlbəcər avtomobil yolunda 2 tunelin tikintisi ilə tanış oldu - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, iyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib. 

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış olub. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən inşaat işləri haqqında məlumat verdi. 
 

MÖVZU İLƏ BAĞLI:

İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyuldu – KƏLBƏCƏRDƏ


Qeyd edildi ki, Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolu 2-4 hərəkət zolaqlı olmaqla I, II və III texniki dərəcəyə uyğun inşa edilir. Belə ki, yolun keçdiyi ərazinin sərt dağlıq və qayalıq olması nəzərə alınaraq, onun əsas hissəsinin ikizolaqlı, yoxuşlarda isə əlavə zolaq artırılmaqla tikintisi aparılır. Bu yol tunel və körpü hissələrdə dörd hərəkət zolaqlı olacaq. 

Hazırda yolboyu torpaq yatağının, həmçinin zəruri yerlərdə suötürücülərin tikintisi davam edir. İki hissədə mövcud kanalların köçürülməsi, həmçinin bəzi ərazilərdə suötürücülərin inşası tamamlanıb, yeni su kanalının tikintisi davam etdirilir. 
Bildirildi ki, layihənin 13,5-ci kilometrindən Murovdağ silsiləsi başlayır. Yüksəklik 1700 metrdən Murovdağ zirvəsinədək 3250 metrədək artır. Bu hissədə dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir. Artıq tuneldə gediş və gəliş istiqaməti üzrə 2,1 kilometr uzunluğunda qazma işləri tamamlanıb. 

Tunel müvəqqəti havalandırma sistemi ilə təmin edilib. Piyadalar və avtomobillər üçün nəzərdə tutulan iki ehtiyat keçidin tikintisi yekunlaşıb. 

Hazırda tuneldə partlatma və qırma prosesləri nəticəsində əmələ gələn qaya parçalarının və süxurların daşınması, lay sularının kənarlaşdırılması və tuneldaxili hissənin üzlənməsi işləri davam etdirilir. 

Həmçinin məlumat verildi ki, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Murovdağ tunelindən əlavə, daha üç tunelin inşası nəzərdə tutulur.

Uzunluğu 542, eni 12 metr olan birinci və uzunluğu 607 metr olan ikinci tuneldə tikinti işlərinə başlanılıb. Artıq birinci tuneldə üst qatda qazma işləri icra olunaraq tuneldaxili hərəkət təmin edilib. İkinci tuneldə isə üst qatda qazma işləri tamamlanmaq üzrədir. 
Tikintisi 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə Kəlbəcər rayonunun ərazisindən keçir. Buna görə də yol rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, Kəlbəcər şəhərinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək. 

***

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib.

Bizim.Media xəbər verir ki, səfər çərçivəsində dövlətimizin başçısı Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çörək bahalaşdı - FOTO

Çörək bahalaşdı - FOTO

ABŞ Dövlət Departamentindən Nərgiz Məhəmmədi ilə bağlı AÇIQLAMA

ABŞ Dövlət Departamentindən Nərgiz Məhəmmədi ilə bağlı AÇIQLAMA

"Mən ona xəyanət etməmişəm" – VİDEO

"Mən ona xəyanət etməmişəm" – VİDEO

Hikmət Hacıyev Türkiyə rəsmiləri ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? – FOTO

Hikmət Hacıyev Türkiyə rəsmiləri ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? – FOTO

Milli Məclisin iclası BAŞLADI – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası BAŞLADI – Hansı məsələlər müzakirə olunur?

Beyləqanda körpə doğuşdan sonra VƏFAT ETDİ

Beyləqanda körpə doğuşdan sonra VƏFAT ETDİ

FAKTİKİ HAVA: Azərbaycanda yağış və qar yağır

FAKTİKİ HAVA: Azərbaycanda yağış və qar yağır

“Fənərbaxça” doğma meydanda qalib gəldi - VİDEO

“Fənərbaxça” doğma meydanda qalib gəldi - VİDEO

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşdı

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşdı

İtaliyada film kimi OĞURLUQ – İnkassator maşınını belə soydular – ANBAAN VİDEO

İtaliyada film kimi OĞURLUQ – İnkassator maşınını belə soydular – ANBAAN VİDEO

Bülbülə sakini dəm qazından VƏFAT ETDİ

Bülbülə sakini dəm qazından VƏFAT ETDİ

Pensiya kapitalı bu qədər ARTIRILDI – Nazir müavinindən AÇIQLAMA

Pensiya kapitalı bu qədər ARTIRILDI – Nazir müavinindən AÇIQLAMA

Qış Olimpiya Oyunları: İdmançımız bu gün mübarizəyə başlayır

Qış Olimpiya Oyunları: İdmançımız bu gün mübarizəyə başlayır

Nəsiminin yeni icra başçısı kollektivə təqdim olundu – FOTO

Nəsiminin yeni icra başçısı kollektivə təqdim olundu – FOTO

Pensiyaçılara ŞAD XƏBƏR

Pensiyaçılara ŞAD XƏBƏR

Lavrovun hədələri, Avropanın çıxılmaz VƏZİYYƏTİ – Rusiya yeni müharibəyə HAZIRLAŞIR?

Lavrovun hədələri, Avropanın çıxılmaz VƏZİYYƏTİ – Rusiya yeni müharibəyə HAZIRLAŞIR?

Yamal yeni rekorda İMZA ATDI

Yamal yeni rekorda İMZA ATDI

“Yol əhvalatı” filminin Amerika VERSİYASI – Təyyarə magistrala eniş etdi – ANBAAN VİDEO

“Yol əhvalatı” filminin Amerika VERSİYASI – Təyyarə magistrala eniş etdi – ANBAAN VİDEO

Strateji investisiyalar bu halda dövlət tərəfindən ALINA BİLƏCƏK

Strateji investisiyalar bu halda dövlət tərəfindən ALINA BİLƏCƏK

Qədr gecələrinin vaxtı AÇIQLANDI

Qədr gecələrinin vaxtı AÇIQLANDI

ADY-dən hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ

ADY-dən hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Yaşlı insanların təqaüd kartlarını talayan şəxs TUTULDU

Yaşlı insanların təqaüd kartlarını talayan şəxs TUTULDU

Ukraynada yaralanan azərbaycanlı döyüşçü vəfat etdi – FOTO

Ukraynada yaralanan azərbaycanlı döyüşçü vəfat etdi – FOTO

End of content

No more pages to load

RADİO