Ceyhun Bayramov Qırmızı Xaç Komitəsinin rəhbəri ilə görüşdü - FOTO

Xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Arian Baueri Azərbaycandakı fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Bizim.Media xəbər verir ki, Ceyhun Bayramov BQXK-nın ölkəmizdəki həyata keçirdiyi layihələrinin əhəmiyyətini qeyd edərək, bu xüsusda Arian Bauerin fəaliyyətini məmnunluqla vurğulayıb.

O, Arian Bauerin ölkəmiz üçün xüsusi önəmli bir dövrdə, Vətən müharibəsi dövründə fəaliyyət göstərdiyini qeyd edərək ona post münaqişə mərhələsində ölkəmizdəki səmərəli fəaliyyətinə görə təşəkkür edib və gələcək səylərində uğurlar arzu edib.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov Macarıstan səfiri ilə görüşdü - FOTO


Ceyhun Bayramov, eyni zamanda BQXK-ın Azərbaycan nümayəndəliyinin yeni rəhbəri Draqana Koyiçə gələcək işlərində uğurlar arzulayıb. Nazir, yeni nümayəndəyə bölgədə hazırda mövcud olan vəziyyət, münaqişə sonrasında mina təhlükəsinin doğurduğu acı fəsadlar, hələ birinci Qarabağ müharibəsindən itkin düşmüş 4000-ə yaxın soydaşımızın taleyinin naməlum qaldığı və digər məsələlər barədə məlumat verib.

O, bölgədə sülh və tərəqqinin təmin olunmasında Azərbaycanın qətiyyətli olduğunu diqqətə çatdırıb.

Arian Bauer fəaliyyəti müddətində ona göstərilmiş siyasi dəstəyə görə minnətdarlığını ifadə edib və BQXK ölkəmizdə bir çox istiqamətlərdə həyata keçirdiyi fəaliyyəti barədə məlumat verib.

Öz növbəsində Draqana Koyiç ölkəmizdə çalışacağı müddətdə BQXK-nın Azərbaycandakı fəaliyyətinin uğurla davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

Tərəflər, Azərbaycan ilə BQXK arasında qarşılıqlı etimad doğuran münasibətlərin və açıq dialoqun gələcəkdə də davam etdiriləcəyindən əminlik ifadə ediblər.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çörək bahalaşdı - FOTO

Çörək bahalaşdı - FOTO

ABŞ Dövlət Departamentindən Nərgiz Məhəmmədi ilə bağlı AÇIQLAMA

ABŞ Dövlət Departamentindən Nərgiz Məhəmmədi ilə bağlı AÇIQLAMA

"Mən ona xəyanət etməmişəm" – VİDEO

"Mən ona xəyanət etməmişəm" – VİDEO

Hikmət Hacıyev Türkiyə rəsmiləri ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? – FOTO

Hikmət Hacıyev Türkiyə rəsmiləri ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? – FOTO

Milli Məclisin iclası BAŞLADI – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası BAŞLADI – Hansı məsələlər müzakirə olunur?

Beyləqanda körpə doğuşdan sonra VƏFAT ETDİ

Beyləqanda körpə doğuşdan sonra VƏFAT ETDİ

FAKTİKİ HAVA: Azərbaycanda yağış və qar yağır

FAKTİKİ HAVA: Azərbaycanda yağış və qar yağır

“Fənərbaxça” doğma meydanda qalib gəldi - VİDEO

“Fənərbaxça” doğma meydanda qalib gəldi - VİDEO

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşdı

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşdı

İtaliyada film kimi OĞURLUQ – İnkassator maşınını belə soydular – ANBAAN VİDEO

İtaliyada film kimi OĞURLUQ – İnkassator maşınını belə soydular – ANBAAN VİDEO

Bülbülə sakini dəm qazından VƏFAT ETDİ

Bülbülə sakini dəm qazından VƏFAT ETDİ

Pensiya kapitalı bu qədər ARTIRILDI – Nazir müavinindən AÇIQLAMA

Pensiya kapitalı bu qədər ARTIRILDI – Nazir müavinindən AÇIQLAMA

Qış Olimpiya Oyunları: İdmançımız bu gün mübarizəyə başlayır

Qış Olimpiya Oyunları: İdmançımız bu gün mübarizəyə başlayır

Nəsiminin yeni icra başçısı kollektivə təqdim olundu – FOTO

Nəsiminin yeni icra başçısı kollektivə təqdim olundu – FOTO

Pensiyaçılara ŞAD XƏBƏR

Pensiyaçılara ŞAD XƏBƏR

Lavrovun hədələri, Avropanın çıxılmaz VƏZİYYƏTİ – Rusiya yeni müharibəyə HAZIRLAŞIR?

Lavrovun hədələri, Avropanın çıxılmaz VƏZİYYƏTİ – Rusiya yeni müharibəyə HAZIRLAŞIR?

Yamal yeni rekorda İMZA ATDI

Yamal yeni rekorda İMZA ATDI

“Yol əhvalatı” filminin Amerika VERSİYASI – Təyyarə magistrala eniş etdi – ANBAAN VİDEO

“Yol əhvalatı” filminin Amerika VERSİYASI – Təyyarə magistrala eniş etdi – ANBAAN VİDEO

Strateji investisiyalar bu halda dövlət tərəfindən ALINA BİLƏCƏK

Strateji investisiyalar bu halda dövlət tərəfindən ALINA BİLƏCƏK

Qədr gecələrinin vaxtı AÇIQLANDI

Qədr gecələrinin vaxtı AÇIQLANDI

ADY-dən hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ

ADY-dən hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Yaşlı insanların təqaüd kartlarını talayan şəxs TUTULDU

Yaşlı insanların təqaüd kartlarını talayan şəxs TUTULDU

Ukraynada yaralanan azərbaycanlı döyüşçü vəfat etdi – FOTO

Ukraynada yaralanan azərbaycanlı döyüşçü vəfat etdi – FOTO

End of content

No more pages to load

RADİO