“Avropa İttifaqı və NATO Rusiya ilə müharibəyə hazırlaşmaq üçün birgə koalisiya yaradırlar”.
Bizim.Media “CNN”ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrov həmçinin Ukrayna və Moldovanın Aİ-yə daxil olması məsələsinə də münasibət bildirib:
“Aİ hərbi-siyasi blok deyil və bu səbəbdən də, NATO-dan fərqli olaraq, onun digər ölkələrlə münasibətlərinin inkişafı Rusiya üçün heç bir təhlükə və ya risk yaratmır”.
Bizim.Media