Azərbaycanlı deputat avropalı parlamentariləri revanşistlərlə mübarizəyə çağırdı

“Bu gün Avropanın üzləşdiyi gərgin vəziyyətin mühüm səbəblərindən biri hələ 2000-ci illərin əvvələrində Avropa Şurasının özünün Azərbaycanın işğalçıya qarşı qəti tədbirlər görmək çağırışlarına passiv müşahidəçi mövqeyi tutmasından qaynaqlanır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri AŞPA-dakı nümayəndə heyətimizin üzvü Rafael Hüseynov qurumun yay sessiyası çərçivəsində “Avropada təhlükəsizlik üçün yeni çağırışlarda Avropa Şurasının rolu” məruzəsinin müzakirələri zamanı çıxışında deyib. 

Onun sözlərinə görə, Avropada təhlükəsizliyə qarşı yaranmış ciddi təhlükələr gələcəyə daha inamlı olmaq üçün qətiyyətli addımlar atılmasını tələb edir:

“Bu gün Avropa təhdidlərə qarşı birgə mübarizə aparmaq üçün təxirəsalınmaz səmərəli tədbirlər barədə ciddi düşünməyə başlayıb. Uzun illər əvvəl bunu etmək lazım idi. Bu günədək baş vermiş faciəvi hadisələrə biganə qalmaq, sadəcə müşahidəçi olmaq lazım idimi?! Avropanın təhlükəsizliyi ilə bağlı indiki qətiyyətli təşəbbüslər bir neçə il əvvəl gerçəkləşsə idi, bu gün qarşılaşdığımız təhlükələrin əksəriyyətinin qarşısı alınardı və indi tamam başqa Avropada olardıq”.

Rafael Hüseynov vurğulayıb ki, bu gün Avropanın ən dəhşətli təhlükə hesab edərək, çarəsini axtardığı transmilli terrorizmin daha qorxulu səviyyəsi olan dövlət terrorizmi, eləcə də zorakı ekstremizmlə Azərbaycan son 30 ilə yaxın müddətdə təkbaşına mübarizə aparmalı oldu: “Avropa bu gün səyləri birləşdirərək, bu bəlaya qarşı ən sərt mübarizəyə çağırır.

Böyük ailədə ayrı-seçkilik etmədən, hamıya həssaslıqla yanaşılmalıdır. Avropa ortaq ailəmizdir. Ailədə əmin-amanlıq, sağlam mühit olması üçün ilk şərt eyni hədəfə vurmaq və yekdillikdir. Müasir dövrdə başından köhnə işğalçılıq havası keçməyənlərin revanşizm cəhdlərinin qarşısı ciddi şəkildə alınmalıdır.

Bu gün üzv ölkələrdə demokratik dəyərlərin və demokratik mühitin daha təkmil şəkildə bərqərar olması və möhkəmləndirilməsi üçün çalışıldığı, əməkdaşlığın artırılmasının təşviq edildiyi vaxtda revanşizm ən dağıdıcı təmayül hesab olunmalıdır”.
 

R. Hüseynov yekunda “Ona görə də ortaq səylərlə həyata keçirməyə səy göstrədiyimiz digər tədbirlərlə yanaşı bu təmayülə qarşı da qüvvələrimizi birləşdirərək ən sərt şəkildə müqavimət nümayiş etdirməliyik!” sözlərini deyərək avropalı parlamentariləri revanşizm təmayülünə qarşı birgə mübarizə aparmağa çağırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paltarlarınızı evdə 3 yerə atmayın

Paltarlarınızı evdə 3 yerə atmayın

“Neftçi”dən yeni TRANSFER

“Neftçi”dən yeni TRANSFER

FAKTİKİ HAVA: Bakıda güclü külək əsir

FAKTİKİ HAVA: Bakıda güclü külək əsir

Paytaxtda "Gelandewagen"in təkərlərini oğurlayan iki nəfər ələ keçdi

Paytaxtda "Gelandewagen"in təkərlərini oğurlayan iki nəfər ələ keçdi

Lənkəranda üçuşaqlı ana üçəm dünyaya gətirdi - FOTO

Lənkəranda üçuşaqlı ana üçəm dünyaya gətirdi - FOTO

Bank kartından 5 min dollar oğurlayan şəxslər HƏBS EDİLDİ

Bank kartından 5 min dollar oğurlayan şəxslər HƏBS EDİLDİ

Dövlət Statistika Komitəsinin sədri təyin olunan Azər Mursaqulov kimdir? – DOSYE

Dövlət Statistika Komitəsinin sədri təyin olunan Azər Mursaqulov kimdir? – DOSYE

Fəzail Ağamalı dəfn edildi

Fəzail Ağamalı dəfn edildi

Azər Mursaqulov Statistika Komitəsinin sədri TƏYİN OLUNDU

Azər Mursaqulov Statistika Komitəsinin sədri TƏYİN OLUNDU

Nazir müavini: “Dövlətçiliyimizin müxtəlif dövrlərinə aid filmlər çəkilir”

Nazir müavini: “Dövlətçiliyimizin müxtəlif dövrlərinə aid filmlər çəkilir”

Sahibə Qafarova Fəzail Ağamalı haqqında: “Çox fəal millət vəkili idi”

Sahibə Qafarova Fəzail Ağamalı haqqında: “Çox fəal millət vəkili idi”

Ödənişli yollarla bağlı YENİLİK – Sürət həddi bu qədər olacaq

Ödənişli yollarla bağlı YENİLİK – Sürət həddi bu qədər olacaq

“Kəpəz”in bıçaqlanan futbolçusunun SON DURUMU

“Kəpəz”in bıçaqlanan futbolçusunun SON DURUMU

Bu filmlərə çəkilən xərclərin bir qismi GERİ ÖDƏNİLƏCƏK

Bu filmlərə çəkilən xərclərin bir qismi GERİ ÖDƏNİLƏCƏK

Juninyo yeni klubunda "Qarabağ"ı xatırladı

Juninyo yeni klubunda "Qarabağ"ı xatırladı

“Uşaq cinayətləri artır...” – Vüqar Bayramov

“Uşaq cinayətləri artır...” – Vüqar Bayramov

Lamiyə Vəliyeva Azərbaycan rekorduna İMZA ATDI

Lamiyə Vəliyeva Azərbaycan rekorduna İMZA ATDI

“Minlərlə uşaq bağçaya gedə bilmir” – Fazil Mustafa qanunun icrasını tənqid etdi

“Minlərlə uşaq bağçaya gedə bilmir” – Fazil Mustafa qanunun icrasını tənqid etdi

Uşaqlar haqqında məlumatların yayılması ilə bağlı YENİ TƏLƏB

Uşaqlar haqqında məlumatların yayılması ilə bağlı YENİ TƏLƏB

Dövlət qulluğu üzrə imtahanlara qeydiyyat BAŞLADI

Dövlət qulluğu üzrə imtahanlara qeydiyyat BAŞLADI

Uşaqların dinə etiqada məcbur olunması QADAĞAN EDİLİR

Uşaqların dinə etiqada məcbur olunması QADAĞAN EDİLİR

“Neftçi” “Qəbələ” ilə oyuna bu itkilərlə ÇIXACAQ

“Neftçi” “Qəbələ” ilə oyuna bu itkilərlə ÇIXACAQ

Şəhidlər xiyabanında qeyri-etik hərəkət edən əcnəbilər barədə qərar verildi

Şəhidlər xiyabanında qeyri-etik hərəkət edən əcnəbilər barədə qərar verildi

Azərbaycanda uşaqların ən çox istifadə etdiyi sosial şəbəkələr – İLK ÜÇLÜK

Azərbaycanda uşaqların ən çox istifadə etdiyi sosial şəbəkələr – İLK ÜÇLÜK

End of content

No more pages to load

RADİO