ABŞ-ın yeni Cənubi Qafqaz SİYASƏTİ – Bölgəmiz Ağ Ev üçün 2-ci cəbhə, yoxsa enerji dəhlizi olacaq?

Xəbər verdiyimiz kimi, ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Karen Donfridin Cənubi Qafqaza səfəri baş tutub. Rəsmi səfər çərçivəsində iyunun 15-16-da Bakıda səfərdə olan ABŞ dövlət katibinin köməkçisi Dövlət başçısı İlham Əliyev başda olmaqla bir sıra görüşlər keçirib.

Karen Donfridin cümə axşamı bir qrup jurnalist üçün brifinqi baş tutub. Görüşlərlə bağlı təəssüratlarını bölüşən Donfridin açıqlamalara nəzər saldıqda ABŞ rəsmilərinin əvvəlki səfərlərindən fərqli bir sıra nüanasların olduğu və Ağ Ev rəsminin regional məsələlərdə bir sıra mühüm mesajlar verdiyini görə bilərik:

1. Cənubi Qafqaz ölkələrinə aydın olmalıdır ki, onların rifahı və suverenliyi daha çox yerli münaqişələrin və ilk növbədə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasından asılıdır.

Bunun üçün də Qərb əlini daşın altına qoymalıdır. Lakin burada tarazlığın qorunmasını da gözləmək şərtdir. Göründüyü kimi, Azərbaycan-Ermənistan normallaşmasında Qərbin iştirakı Avropa İttifaqı üzərindən özünü büruzə verir və bu da başadüşüləndir.
 

MÖVZU İLƏ BAĞLI:

Karen Donfrid: "ABŞ bu bölgədə sülh və sabitlik səylərini dəstəkləyir"


Çünki ABŞ-ın birbaşa regionda aktivləşməsi Rusiyanın aqressiv ritorika seçməsi və Ağ Evin arzuladığı sabitlik mühitinin pozulması deməkdir. Əvəzində Aİ variantı Moskva tərəfindən daha loyal qarşılanır və ABŞ-da prosesə bilavasitə olmasa belə, daxil olmağı bacarır.

Eyni zamanda Ağ Evin sabitlikdə maraqlı olması da proqnoz irəli sürməyə əsas verir ki, Qərbin kollektiv və səmərəli köməyinə ümid etmək olar.

2. Bayden administrasiyası Cənubi Qafqaz regionunda fəallaşıb və yüksək rütbəli Vaşinqton rəsmilərinin müntəzəm səfərləri, dövlət katibi Blinkenin üç ölkə lideri ilə şəxsi əlaqələri, həmçinin prezident Baydenin özünün mesajları bunu təsdiqləyir.

Təbii ki, Qərbin rolu hər nə qədər Aİ-nin vasitəçiliyi timsalında özünü hiss etdirsə də, vahid və kollektiv Qərb anlayışının da mövcud olmadığını qəbul etməliyik. Yəni, ABŞ-ın özünü şəxsi maraqları olduğu kimi, Aİ-nin də maraqları var. Maraqlar bir sıra hallarda bunlar üst-üstə düşsə də, fərqliliklər də mövcuddur.

Xüsusilə enerji sektorunda Qərbin hər iki gücünün maraqları bir-birinə uyğundur. Lakin ABŞ-ın əsas iki rəqiblərindən olan İran və Rusiya ilə sərhəd olan yeganə ölkə Azərbaycan üçün Vaşinqtonun təhlükəsizlik gözləntiləri də mövcuddur.  
3. Azərbaycana qarşı insan hüquq və azadlıqlarının pozulması adı altında təzyiqlər arxa plana keçir və Vaşinqton “neytrallaşma” siyasəti yürüdür.

Bu nüansı xüsusilə diqqətdən yayındırmamalıyıq. Çünki ölkəmizə qarşı qara PR-la məşğul olan qüvvələr hər zaman Azərbaycanda insan hüquqlarının pozulması imitasiyasını yaratmağa çalışıblar. Həmin kəsimin əsas dəstəkçiləri içərisində ABŞ mərkəzli QHT və fondların xüsusi yer tutduğu da bəllidir. Belə olan halda dövlət səviyyəsində Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması istiqamətində verilən mesajların həmin qüvvələrin bu kartdan istifadəsini də məhdudlaşdıracağını söyləyə bilərik. 

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden İlham Əliyevə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə ünvanladığı məktubunda da Azərbaycanda qanunun aliliyinin möhkəmləndirilməsi istiqamətində görülən səyləri yüksək qiymətləndirmişdi.

4. ABŞ Ukraynanın məğlubiyyətinin qarşısını almaq niyyətindədir və Kiyevə dəstək verən ölkələrin koalisiyasını mümkün qədər genişləndirməyə çalışır.

ABŞ rəsmilərinin ölkəmizə ünvanlanan bütün çıxış və rəsmi məktublarında Azərbaycanın Ukraynaya verdiyi dəstəyə görə minnətdar olduqları qeyd olunur. Bu isə onu göstərir ki, hal-hazırda Qərb-Rusiya münasibətlərinin gərginləşdiyi və Moskvanın faktiki olaraq təkləndiyi bir vaxtda Azərbaycanın seçdiyi siyasi kurs Vaşinqton tərəfindən də yüksək qiymətləndirilir.

Donfridin açıqlamaları və ümumilikdə, Ukraynada savaşın başlamasından sonra ABŞ-ın Cənubi Qafqaz üçün seçdiyi ritorika onu deməyə əsas verir ki, Ağ Ev regionumuzu Rusiyaya qarşı ikinci cəbhə kimi yox, daha çox enerji və logistik əhəmiyyətli zona olaraq görür.
Bu da bölgədə sülh və sabitliyin qorunması istiqamətində Qərbin səylərini artıracağını ehtimal etməyə imkan verir.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paltarlarınızı evdə 3 yerə atmayın

Paltarlarınızı evdə 3 yerə atmayın

“Neftçi”dən yeni TRANSFER

“Neftçi”dən yeni TRANSFER

FAKTİKİ HAVA: Bakıda güclü külək əsir

FAKTİKİ HAVA: Bakıda güclü külək əsir

Paytaxtda "Gelandewagen"in təkərlərini oğurlayan iki nəfər ələ keçdi

Paytaxtda "Gelandewagen"in təkərlərini oğurlayan iki nəfər ələ keçdi

Lənkəranda üçuşaqlı ana üçəm dünyaya gətirdi - FOTO

Lənkəranda üçuşaqlı ana üçəm dünyaya gətirdi - FOTO

Bank kartından 5 min dollar oğurlayan şəxslər HƏBS EDİLDİ

Bank kartından 5 min dollar oğurlayan şəxslər HƏBS EDİLDİ

Dövlət Statistika Komitəsinin sədri təyin olunan Azər Mursaqulov kimdir? – DOSYE

Dövlət Statistika Komitəsinin sədri təyin olunan Azər Mursaqulov kimdir? – DOSYE

Fəzail Ağamalı dəfn edildi

Fəzail Ağamalı dəfn edildi

Azər Mursaqulov Statistika Komitəsinin sədri TƏYİN OLUNDU

Azər Mursaqulov Statistika Komitəsinin sədri TƏYİN OLUNDU

Nazir müavini: “Dövlətçiliyimizin müxtəlif dövrlərinə aid filmlər çəkilir”

Nazir müavini: “Dövlətçiliyimizin müxtəlif dövrlərinə aid filmlər çəkilir”

Sahibə Qafarova Fəzail Ağamalı haqqında: “Çox fəal millət vəkili idi”

Sahibə Qafarova Fəzail Ağamalı haqqında: “Çox fəal millət vəkili idi”

Ödənişli yollarla bağlı YENİLİK – Sürət həddi bu qədər olacaq

Ödənişli yollarla bağlı YENİLİK – Sürət həddi bu qədər olacaq

“Kəpəz”in bıçaqlanan futbolçusunun SON DURUMU

“Kəpəz”in bıçaqlanan futbolçusunun SON DURUMU

Bu filmlərə çəkilən xərclərin bir qismi GERİ ÖDƏNİLƏCƏK

Bu filmlərə çəkilən xərclərin bir qismi GERİ ÖDƏNİLƏCƏK

Juninyo yeni klubunda "Qarabağ"ı xatırladı

Juninyo yeni klubunda "Qarabağ"ı xatırladı

“Uşaq cinayətləri artır...” – Vüqar Bayramov

“Uşaq cinayətləri artır...” – Vüqar Bayramov

Lamiyə Vəliyeva Azərbaycan rekorduna İMZA ATDI

Lamiyə Vəliyeva Azərbaycan rekorduna İMZA ATDI

“Minlərlə uşaq bağçaya gedə bilmir” – Fazil Mustafa qanunun icrasını tənqid etdi

“Minlərlə uşaq bağçaya gedə bilmir” – Fazil Mustafa qanunun icrasını tənqid etdi

Uşaqlar haqqında məlumatların yayılması ilə bağlı YENİ TƏLƏB

Uşaqlar haqqında məlumatların yayılması ilə bağlı YENİ TƏLƏB

Dövlət qulluğu üzrə imtahanlara qeydiyyat BAŞLADI

Dövlət qulluğu üzrə imtahanlara qeydiyyat BAŞLADI

Uşaqların dinə etiqada məcbur olunması QADAĞAN EDİLİR

Uşaqların dinə etiqada məcbur olunması QADAĞAN EDİLİR

“Neftçi” “Qəbələ” ilə oyuna bu itkilərlə ÇIXACAQ

“Neftçi” “Qəbələ” ilə oyuna bu itkilərlə ÇIXACAQ

Şəhidlər xiyabanında qeyri-etik hərəkət edən əcnəbilər barədə qərar verildi

Şəhidlər xiyabanında qeyri-etik hərəkət edən əcnəbilər barədə qərar verildi

Azərbaycanda uşaqların ən çox istifadə etdiyi sosial şəbəkələr – İLK ÜÇLÜK

Azərbaycanda uşaqların ən çox istifadə etdiyi sosial şəbəkələr – İLK ÜÇLÜK

End of content

No more pages to load

RADİO