İlham Əliyev Ərəb Liqasının Baş katibini qəbul edib - YENİLƏNİB/FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Ərəb Dövlətləri Liqasının Baş katibi, Misirin sabiq xarici işlər naziri Əhməd Əbul Qeyti qəbul edib. 

Bizim.Media xəbər verir ki, Əhməd Əbul Qeyt Azərbaycanda olmaqdan məmnunluğunu ifadə etdi, ölkəmizdə və paytaxt Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını dedi.

Qonaq Azərbaycanın əldə etdiyi nailiyyətlərin məhz dövlətimizin başçısı tərəfindən həyata keçirilən uzaqgörən siyasətin nəticəsi olduğunu vurğuladı.

Qlobal Bakı Forumunda iştirakdan məmnunluğunu bildirən Əhməd Əbul Qeyt Forumun aktual mövzuya həsr olunduğunu və tədbir çərçivəsində maraqlı müzakirələrin aparıldığını qeyd etdi. Qonaq Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əməkdaşlıq məsələlərinə toxundu. 

Prezident İlham Əliyev tarixən Azərbaycanın ərəb dövlətləri ilə sıx əlaqələrə malik olduğunu, ölkələrimizin ortaq dini dəyərlər və tarix əsasında bir-birinə bağlı olduğunu bildirdi. Dövlətimizin başçısı 2007-ci ildə Ərəb Dövlətləri Liqasının Baş Qərargahına səfərini və oradakı görüşlərini xatırladı. 

Söhbət zamanı Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıldı. 

Sonda Əhməd Əbul Qeyt Ərəb Dövlətləri Liqası adından dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

*** 16.20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Ərəb Liqasının Baş katibi, Misirin sabiq xarici işlər naziri Əhməd Əbul Qeyti qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Manaf Ağayev: “Kaş ki, Zauru heç görməzdik” – VİDEO

Vens İrəvandan Bakıya yola düşdü - FOTO

Vens İrəvandan Bakıya yola düşdü - FOTO

ABŞ-ın vitse-prezidenti “erməni soyqırımı” ilə bağlı paylaşımını sildi - FOTO

“Kəpəz” legionerindən FİFA-ya ŞİKAYƏT ETDİ

Allahşükür Paşazadə Roma Papası ilə görüşdü – FOTO

Sadır Japarov Təhlükəsizlik Komitəsinin sədrini İŞDƏN QOVDU – Ölkədə nə baş verir?

Kadırovun böyük oğluna yeni vəzifə verildi

Ekologiya və təbii sərvətlər naziri təyin olunan Rəşad İsmayılovun DOSYESİ

Gürcüstanda Saakaşvili və daha 7 müxalifət liderinin məhkəməsi başladı

Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri TƏYİN OLUNDU

“Şəki Siti”də böhran DƏRİNLƏŞİR – 17 futbolçunun klubla müqaviləsi POZULDU

Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağlı DÖRDTƏRƏFLİ GÖRÜŞ – FOTO

ABŞ-dakı erməni diasporu, ayaq altında dolaşma! – Vensin İrəvan səfərinin PƏRDƏARXASI

AZAL-dan Naxçıvana səfər etmək istəyən sərnişinlərə MÜRACİƏT

Rusiyada “Telegram”ın fəaliyyəti bloklanır?

Mbappenin anasını görən hər kəs onu Mehmet Erbilə bənzətdi - FOTO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi – CƏDVƏL

Eldəniz Quliyev: "Azərbaycanfilm" kinostudiyası "qətlə yetirilib"

Vüsal Nəsirli Saleh Məmmədovun müşavir qudasını işdən çıxardı

Azərbaycan "Yaşıl enerji" tarixində ilk karbon kreditləri aldı – FOTO

Toyuq istehlakında KƏSKİN ARTIM – Əhali qırmızı ətdən imtina edir?

Stadionun qardan təmizlənməsində Qurban Qurbanov da iştirak edir – VİDEO

Emil Xəlilov “İstehlak Mallarının Ekspertizası Mərkəzi”nə direktor TƏYİN EDİLDİ

Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda

End of content

No more pages to load

RADİO