Milli Məclis parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradıb.
Bizim.Media xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Milli Məclisin qərarının layihəsi müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, Azərbaycan-Paraqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupun yaradılması və qrupa deputat Hikmət Məmmədovun sədr təyin edilməsi təklif edilib.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq təsdiq edilib.
Bizim.Media