"Cakartanın yaxınlığında baş verən faciəvi təyyarə qəzası ilə bağlı xəbərlər məni çox kədərləndirdi. Bu faciəvi təyyarə qəzasında yaxınlarını itirən ailələrə başsağlığı diləyirik''.
''Dəstəyimiz və həmrəyliyimiz qardaş İndoneziya xalqıyladır".
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İndoneziyada sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı özünün "Tvitter" hesabında etdiyi paylaşımda bildirib.
Qeyd edək ki, bu gün İndoneziyada sərnişin təyyarəsi Cakarta yaxınlığında Yava dənizinə düşüb. Təyyarənin göyərtəsində 63 sərnişinin olduğu bildirilib.
Bizim.Media