“COVID pandemiyası artıq başa çatmaq üzrədir”.
Bizim.Media xəbər verir ki, bu barədə bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal səhiyyənin idarə edilməsi” mövzusunda paneldə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
“Əksər ölkələrdə yoluxmanın səviyyəsi aşağı düşüb. Bu problem yalnız aşağı gəlirli ölkələrdə qalmaqdadır. İlk növbədə səhiyyə işçiləri, 60 yaşdan yuxarı şəxslər kimi kateqoriyaların peyvəndlənməsi zəruridir” – deyə ÜST rəhbəri qeyd edib.
Bizim.Media