İran İslam Respublikasının Azərbaycandakı səfirliyi dünən gecə saatlarında Gəncə şəhərində bir neçə mülki şəxsin öldüyü və yaralandığı raket hücumunu kəskin şəkildə pisləyib. Səfirlik həlak olanların ailələrinə başsağlığı, yaralananlara şəfa diləyib və bir daha günahsız insanlara, şəhərlərə hücumun beynəlxalq normalara və hüquqa zidd olduğunu vurğulayıb: “Bu kimi əməllər hərbi cinayət sayılır və dərhal dayandırılmalıdır”.