“Bu qədər silah  Ermənistanda haradandır?” Prezident İlham Əliyev

Özət:
  • “Bu günə qədər məhv edilən və qənimət  götürülən texnikanın qiyməti aşağısı 2 milyard dollardır”
  • “Qaçaq yollarla Ermənistana silah göndərilir “
  • “ Ermənistan hansı pulla silah və texnika alır?”
  • “  Əminəm bu  suala biz cavab alacağıq”

27 sentyabr tarixindən bu günə qədər Ermənistanın hərbi potensialına sarsıdıcı zərbə vurulub. Sadəcə olaraq, vətəndaşlarımızın diqqətinə bəzi rəqəmləri çatdırmaq istəyirəm”. Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib ki, çatdıracağı siyahı natamamdır, düşmənin daha böyük həcmdə texnikası məhv edilib: “Əlbəttə ki, döyüş zamanı bunun dəqiq hesablanması mümkün deyil. Ancaq gətirəcəyim rəqəmlər əyani şəkildə göstərir ki, biz döyüş meydanında tam üstünlüyü əldə etmişik. Və demək olar ki, Ermənistanın hərbi texniki potensialını böyük dərəcədə sıradan çıxara bilmişik. Ancaq sual olunur:”bu qədər silah, bu qədər texnika Ermənistanda hardandır?” Ermənistanın hərbi büdcəsi bəlli, Ermənistanın dövlət büdcəsi də bəllidir. Ermənistan bankrot ölkədir. Bu ölkənin xarici dövlət borcu ölkənin ÜDM-nin 60-70%-ni təşkil edir. Bu ölkənin sərbəst valyuta ehtiyatları cəmi 1,5 milyard dollardır, bu da bank rezervləridir, yəni bu sərbəst vəsait deyil. Hansı pulla bu silah və texnikanı alır? Təkcə bu günə qədər məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın qiyməti aşağısı 2 milyard dollar səviyyəsindədir. Ancaq hələ də bunların texnikası qalıb. Hələ də həm işğal edilmiş torpaqlarda, eyni zamanda Ermənistan ərazisində... Sual olunur: “kim onları silahlandırır?” Bəzi hallarda bizə qarşı iradlar irəli sürülür ki, biz silahlanırıq, biz silah alırıq və bu, vəziyyəti gərginləşdirə bilər, vəziyyəti məqbul olmayan məcraya istiqamətləndirə bilər. Ancaq sual olunur: “bəs, Ermənistan silahlananda, bəs, bu kasıb, yoxsul ölkədə bu qədər silah, texnika hardandır?”” deyən dövlət başçısı düşmənə qanunsuz yollarla silah daşındığına da diqqət çəkdi: “Bu gün də onlara qaçaq yollarla, qaçaqmalçılıq sxemləri əsasında silahlar, texnika göndərilir. Və çox təhlükəli, dağıdıcı böyük gücə malik olan texnikalardır. Ona görə bu suallara biz cavab istəyirik və əminəm ki, bu cavabı biz alacağıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp bütün ölkələr üçün idxal rüsumlarını 15 %-ə QALDIRDI

Tramp bütün ölkələr üçün idxal rüsumlarını 15 %-ə QALDIRDI

"Qalatasaray" səfərdə MƏĞLUB OLDU

"Qalatasaray" səfərdə MƏĞLUB OLDU

Rəqsanə həbsdən çıxdıqdan sonra ilk dəfə həyat yoldaşı ilə ayrılıq iddialarından DANIŞDI - VİDEO

Rəqsanə həbsdən çıxdıqdan sonra ilk dəfə həyat yoldaşı ilə ayrılıq iddialarından DANIŞDI - VİDEO

İran Aİ ölkələrinin Hərbi Dəniz və Hərbi Hava Qüvvələrini terror təşkilatları kimi TANIDI

İran Aİ ölkələrinin Hərbi Dəniz və Hərbi Hava Qüvvələrini terror təşkilatları kimi TANIDI

Hövsanda dəmir yolunun ətrafında tikilmiş evlərin söküləcəyi bildirilir - VİDEO

Hövsanda dəmir yolunun ətrafında tikilmiş evlərin söküləcəyi bildirilir - VİDEO

Ceyhun Bayramov pakistanlı həmkarı ilə regional təhlükəsizliyi MÜZAKİRƏ ETDİ - YENİLƏNİB

Ceyhun Bayramov pakistanlı həmkarı ilə regional təhlükəsizliyi MÜZAKİRƏ ETDİ - YENİLƏNİB

“Yuventus” daha bir türk futbolçu TRANSFER EDİR

“Yuventus” daha bir türk futbolçu TRANSFER EDİR

Lənkəranda AİLƏ FACİƏSİ: Kişi 61 yaşlı arvadını öldürdü - FOTO

Lənkəranda AİLƏ FACİƏSİ: Kişi 61 yaşlı arvadını öldürdü - FOTO

Vaşinqtonda fövqəladə vəziyyət ELAN EDİLDİ

Vaşinqtonda fövqəladə vəziyyət ELAN EDİLDİ

Leyladan İRAD: “Belə getsə, sonumuz bərbad olacaq!” - FOTO

Leyladan İRAD: “Belə getsə, sonumuz bərbad olacaq!” - FOTO

“Avropa və Yaxın Şərq danışıqlar prosesinə cəlb olunmalıdır” — Zelenski

“Avropa və Yaxın Şərq danışıqlar prosesinə cəlb olunmalıdır” — Zelenski

Hər kəsə yuxarıdan aşağı baxan BÜRCLƏR

Hər kəsə yuxarıdan aşağı baxan BÜRCLƏR

Millimiz Belarusa QALİB GƏLDİ

Millimiz Belarusa QALİB GƏLDİ

Gəncədə tələbə futbol oyunu zamanı dünyasını dəyişdi

Gəncədə tələbə futbol oyunu zamanı dünyasını dəyişdi

Azərbaycanlı müğənni ərə gedir — Milyonçudur, Range Rover sürür

Azərbaycanlı müğənni ərə gedir — Milyonçudur, Range Rover sürür

“Arsenal” “Milan”ın futbolçusunu transfer etmək istəyir

“Arsenal” “Milan”ın futbolçusunu transfer etmək istəyir

Mənzurə 30 min borca düşüb - VİDEO

Mənzurə 30 min borca düşüb - VİDEO

Narkotiklərlə əlaqəli 39 nəfər SAXLANILDI

Narkotiklərlə əlaqəli 39 nəfər SAXLANILDI

Tramp Ronaldoya SƏSLƏNDİ: "Sən bizə ABŞ-də lazımsan" - VİDEO

Tramp Ronaldoya SƏSLƏNDİ: "Sən bizə ABŞ-də lazımsan" - VİDEO

Dembele yenidən ZƏDƏLƏNDİ

Dembele yenidən ZƏDƏLƏNDİ

Gəncədə “KIA” “Mitsubishi” ilə toqquşdu - Xəsarət alanlar var - FOTO

Gəncədə “KIA” “Mitsubishi” ilə toqquşdu - Xəsarət alanlar var - FOTO

İran “Sayyad-3G raketinin sınaq buraxılışını edib - VİDEO

İran “Sayyad-3G raketinin sınaq buraxılışını edib - VİDEO

Ramazanın dördüncü gününün imsak və iftar vaxtları - Günün DUASI

Ramazanın dördüncü gününün imsak və iftar vaxtları - Günün DUASI

40 yaşlı futbolçudan YENİ REKORD

40 yaşlı futbolçudan YENİ REKORD

End of content

No more pages to load

RADİO