Prezident açılışda: Bakıda “Çəmbərəkənd” parkı istifadəyə verildi – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Səbail rayonunda yeni salınmış “Çəmbərəkənd” parkında yaradılan şəraitlə tanış olub.

Bizim.Media xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısına parkda görülən işlər barədə məlumat verib.

Bildirilib ki, paytaxtın Həsən Seyidbəyli küçəsində istifadəsiz ərazidə salınmış yeni parkda yaşıllaşdırma işləri aparılıb, 1200 metr uzunluğunda piyada yolları salınıb, sakinlərin mənalı istirahəti və asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb.

Parkda estakada üzərində piyadalar üçün 147 metr uzunluğunda körpü salınıb, şəhər mənzərəli iki terras düzəldilib, müasir standartlara cavab verən fəvvarə inşa edilib, ərazidə iaşə obyekti, sanitar qovşaq və inzibati bina tikilib.

Ərazinin relyefinə uyğun olaraq sürüşmənin qarşısını almaq üçün istinad divarı çəkilib. Həmçinin ərazidə müasir idman və uşaq əyləncə qurğuları quraşdırılıb. Ərazisi 4 hektar olan parkın yaşıllıq sahəsinə qazon örtük döşənib, 50 mindən çox müxtəlif növ ağac, kol və güllər əkilib.

Prezident İlham Əliyev yeni parkdan paytaxtın mənzərəsini seyr edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin Azərbaycanın inkişafı ilə bağlı müəyyənləşdirdiyi strategiyada Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində görülən işlərin miqyası ilbəil daha da artır.

Son illərdə paytaxt sakinlərinin və şəhərimizə gələn qonaqların rahatlığına xidmət edən çoxlu müasir sosial infrastruktur layihələri icra edilib, yeni park və xiyabanlar, istirahət guşələri yaradılıb. 

Dövlətimizin başçısının təşəbbüsü ilə paytaxtın Səbail rayonunda salınan “Çəmbərəkənd” parkı da onlardan biridir. Burada görülən işlər ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi olmaqla paytaxtımızın daha da gözəlləşməsinə xidmət edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vens: “İlham Əliyev Trampdan başqa həm türklər, həm də israillilərlə yola gedən yeganə liderdir” - VİDEO

Alena Əliyeva Müqəddəs İohann lüteran kilsəsindən paylaşım etdi - FOTO

ABŞ-ın Vitse-prezidenti: “Əminəm ki, sülh sazişinin reallaşması gələcəkdə əmin-amanlıq yaradacaq”

Vens: “TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq”

Prezident: “TRIPP layihəsi ilə sülhə, inkişafa və əməkdaşlığa töhfə verəcəyik” - VİDEO

Vens: “Azərbaycanla ABŞ arasında yeni səhifələr açılır”

Prezident: “Bu gün Azərbaycan ilə ABŞ arasındakı münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur”

"Əl-Nəsr" Ronaldonun tələblərini yerinə yetirməyə başladı

İlham Əliyev: “Tramp marşrutu regionda sülhü gücləndirəcək”

Prezident: “Tramp-Vens administrasiyasının regionumuzda göstərdiyi səylərdən biri TRIPP layihəsidir”

Qobustanda nənə və nəvə dəm qazından boğularaq öldü

Vens: “ABŞ-la Azərbaycan uzun müddətdir mühüm strateji əməkdaşlıq edirlər”

Prezident: “Dünyanın ən güclü dövləti ilə strateji tərəfdaşlığın qurulması bizim üçün böyük şərəfdir” - VİDEO

Prezident: “Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması mərasimi ürəkdən aparılmış işin nəticəsidir” - VİDEO

İlham Əliyevlə Cey Di Vens mətbuata bəyanatlarla ÇIXIŞ ETDİLƏR - FOTO

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası İMZALANDI - FOTO/VİDEO

Qusarın Urva və Çiləgir kəndlərinin problemləri dinlənildi - FOTO

Daha bir marşrut üzrə avtobuslar YENİLƏNDİ

Dörd bürc üçün sevgi şansları – Bu gündən martın 6-dək...

Paytaxtın bir sıra yollarında SIXLIQ VAR

İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti ilə geniş tərkibdə görüşü KEÇİRİLDİ - FOTO

Vardanyanın məhkəməsində məhkəmə baxışı başa çatdı, hakimlər müşavirəyə getdilər - FOTO

Qurban Qurbanov: “Nərimanın gedişi ürəkaçan deyil, amma buna ehtiyac var idi”

“YAŞAT” Fondundan müharibə əlili Bəhrəm Abdullayevə DƏSTƏK - VİDEO

End of content

No more pages to load

RADİO