Bakıda Qazaxıstan istehsalçılarının biznes missiyası çərçivəsində bir sıra ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, "QazTrade" şirkəti ilə "Gəncə sahibkarları" İctimai Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Bundan başqa, metal-prokat, günəbaxan yağı, duz, düyü, lak-boya məhsullarının tədarükü ilə bağlı müqavilələr imzalanıb.
Həmçinin, Qazaxıstan Standartlaşdırma və Metrologiya İnstitutu ilə Azərbaycan Dövlət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi arasında saziş imzalanıb.
Bizim.Media