Rusiyanın “Nezavisimaya qazeta” orqanı Ermənistanın Gəncə şəhərini raket atəşinə tutması barədə məqalə dərc edib. Foto və videonun da əlavə olunduğu məqalə “Gəncəyə raket zərbəsi nədən bəhs edir?” adlanır. Məqalənin müəllifi Yevgeniy Solotin baş verənləri Ermənistanın cəbhədəki uğursuzluqlarına görə qisas aktı kimi qiymətləndirir.