Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Amerika Birləşmiş Ştatlarında səfərdədir.
Bizim.Media “Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, Hikmət Hacıyevin ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə görüşü gözlənilir.
Sözügedən danışıqların ABŞ Dövlət Departamentində keçiriləcəyi və mətbuata qapalı olacağı barədə kütləvi informasiya vasitələri xəbər verir.
Bizim.Media