Ankarada Türkiyə-Azərbaycan-Türkmənistan arasında üçtərəfli görüş keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya Türkiyə mətbuatında yer alıb.
Mənbə yazır ki, Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli görüşü iyunun 6-da baş tutacaq.Görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistanın xarici işlər naziri Rəşid Mərədov iştirak edəcək.
Bizim.Media