“Ukrayna Qərbdən yalnız Qələbədən sonra razı qala bilər” – Radanın deputatı Oleq Dunda ilə MÜSAHİBƏ

Ukrayna-Rusiya müharibəsi 100-cü gününü də arxada qoydu. Amma münaqişənin səngiyəcəyi tarix hələ çox uzaq görünür.

Bəs bu gün Ukraynada ictimai-siyasi və sosial-iqtisadi vəziyyət necədir? 

Bu və digər suallara cavab tapmaq üçün Bizim.Media Ukrayna Ali Radasının deputatı, Zelenskinin rəhbəri olduğu “Xalqa xidmət” fraksiyasının üzvü Oleq Dunda ilə həmsöhbət olub. 

Həmin müsahibəni təqdim edirik: 

- Məlumunuz olduğu kimi münaqişənin başladığı ilk gündən sadə azərbaycanlılar Ukraynanın Bakıdakı səfirliyi qarşısına toplaşaraq Ukrayna xalqına dəstək nümayiş etdirdi. Eləcə də, Ukraynada yaşayan azərbaycanlılar da bir nəfər kimi səfərbər oldu. Təbii ki, dövlət səviyyəsində də Ukraynaya bir sıra yardımlar oldu.
 

MÖVZU İLƏ BAĞLI:

Ukraynada müharibənin davam etməsində kim maraqlıdır – PUTİN, yoxsa BAYDEN?


Məsələn, SOCAR-ın Ukraynada təcili yardım maşınlarına və Fövqəladə Hallar Nazirliyinin texnikalarına pulsuz yanacaq verməsi və digər faktlar. Ona görə də bilmək istərdik ki, ukraynalılar Azərbaycanın bu və digər yardımlarına necə reaksiya verir və ukraynalılar azərbaycanlıların dəstəyindən razıdırmı? Və təbii ki, siyasi mənada…

- Siyasi və hər bir mənada ukraynalılar Azərbaycan dövlətinə və xalqına böyük dəstək üçün təbii ki, minnətdardır. Məsələn, müharibənin ilk günündən SOCAR-ın göstərdiyi təmənnasız yardımı biz heç zaman yaddan çıxartmayacağıq. O cümlədən, Azərbaycandan göndərilən tibbi və digər ləvazımatları da. Bununla belə bu cür yardımlar Ukraynaya bundan sonra da hələ çox lazım olacaq.

- Hazıra Ukraynanın ərzaq təhlükəsizliyi necə təmin olunur? Çünki, ölkənin əsas emal sahələrinin olduğu Xerson vilayəti qaynar ərazidədir.

- Bəli, doğru deyirsiniz. Bizim əsas ərzaq bazamız olan Xersonda hazırda qanlı döyüşlər gedir. Amma unutmayaq ki, bizim Zaporejye, Kirovaqrad vilayətlərində kifayət qədər hazır məhsullarımız var. Və bu məhsulların bir qismini hətta ixrac edə bilərik. Lakin biz bu məhsulları ixrac edə bilmirik. Məlum səbəblərdən biz ötən ilki məhsul qədər məhsul göndərmirik. Eləcə də, göndərdiyimiz məhsulların pulunu vaxtında və müntəzəm şəkildə ala bilmirik. Bununla belə Ukraynanın ərzaq təminatı qənaətbəxşdir. Təbii ki, problemlərimiz də var. Bu da həm milli valyutanın dollar qarşısında dəyərini itirməsi ilə, həm də yanacağın qiymətlərinin qalxması ilə bağlıdır. Lakin çalışırıq ki, problemləri həll edək. 

- Sizcə müharibə daha nə qədər davam edəcək? Ən əsası müharibə necə bitəcək? Deyək ki, Azərbaycan xalqı ədalətin bərpasını düz 30 il gözlədi. Oxşar taleyi yaşayan Ukrayna xalqı sizcə o şanlı günü hələ nə qədər gözləməlidir?

- Hər halda 30 il gözləməyimizə ehtiyac qalmayacaq. Əsas odur ki, münaqişəni ən qısa zamanda başa çatdırmağa çalışırıq. Bizim qazanacağımız qələbə təbii ki, digər dövlətlər kimi Azərbaycana da öz müsbət töhfəsini verəcək. Təbii ki, Ukraynanın qələbəsinin tezləşməsi daha çox Qərbin dəstəyindən asılıdır.

- Elə isə Ukrayna bu gün Qərbin dəstəyindən razıdırmı?

- Ukrayna Qərbdən yalnız Qələbədən sonra razı qala bilər.

- Bizim üçün bir məsələ də maraqlıdır. Bu gün Ukrayna xalqı nə qədər öz liderinə inanır və arxa durur? Məsələn, müharibə başlayanda keçmiş prezident Petro Poroşenko bəyan etmişdi ki, bizim Ukraynanın maraqları üçün hakimiyyətlə heç bir fikir ayrılığımız yoxdur. Bu fikirlər yenə öz aktuallığını saxlayırmı?

- Onu deyim ki, müharibənin başladığı ilk gündən, yəni 24 fevraldan prezident Zelenski Ukraynanın müstəqilliyinin və ərazi bütövlüyünün simvoluna çevrilib. Təbii ki, Ukraynanın suverenliyini və ərazi bütövlüyün arzulayan hər bir şəxs Zelenskini dəstəkləyir. O ki, qaldı Poroşenko, Timoşenko kimilərinə, onlar istənilən vaxt öz mövqelərini dəyişə bilərlər. Onların hər bir məsələyə məqsədli baxışları var. Və təbii ki, Ukraynanın bu müharibədə daha tez qələbə çalması üçün bu cür siyasətçilərdən qurtulmağımız lazımdır.

- Mövcud Ukrayna-Belarus münasibətləri barədə nə deyə bilərsiniz? Söhbət iki qonşu xalqdan yox, dövlət rəsmilərindən gedir. Məlum olduğu kimi Lukaşenko müharibə başlayandan bəri daha çox ziddiyyətli açıqlamaları ilə yadda qalıb. Bir millət vəkili kimi bu məsələni necə dəyərləndirirsiniz?

- Baxın, Ukraynalılar üçün yaxşı rus yoxdur. Çünki, yaxşı rus Putinə və onun cinayətlərinə boyun əyməməlidir. Belaruslara baxışımız isə bir qədər fərqlidir. Biz belarusları kimlərinsə girovunda yaşayan bir xalq kimi görürük.

Sizcə öz xalqını öz maraqlarının girovuna çevirən bir liderə - Lukaşenkoya münasibətimiz necə olmalıdır?! Ən yaxşı halda ikrahla baxırıq ona.
- Sonuncu sualım “Bayraqdar”la bağlı olacaq. Bildiyiniz kimi bu günlərdə Bakıda möhtəşəm “TEXNOFEST” festivalı keçirildi. Çox uğurla keçən bir festival oldu. Bəllidir ki, İkinci Qarabağ müharibəsində mğhtəşəm qələbəmizin qısa zamanda əldə edilməsində və itkilərin az olmasında bayraktarların böyük rolu oldu. Bəs Ukrayna müharibəsində vəziyyət necədir? “Bayraqdar” gözlənilən nəticələri verirmi?

- Yaxşı ki, bizdə “Bayrakdar” var. “Bayrakdar” supereffektiv silahdır.  Amma unutmayaq ki, Ukraynadakı müharibə Qarabağdakı müharibə ilə müqayisədə daha böyükdür. Və burda təkcə “Bayrakdar” yox, dünyanən ən son texniki nailiyyətlərindən də istifadə olunur.

- Nəhayət, əhalinin yaxın vaxtlarda Kiyevə kütləvi şəkildə qayıdışı gözlənilirmi?

- Arada-sırada səslənən həyəcan siqnallarını nəzərə almasaq Kiyev öz sakit həyatına qayıdıb.

- Müsahibəyə vaxt ayırdığınız üçün çox sağ olun, minnətdarıq.

Surxay Atakişiyev, Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tailand Kamboca ilə atəşkəsin şərtini açıqladı

Tailand Kamboca ilə atəşkəsin şərtini açıqladı

Coşqun Rəhimova ağır itki!

Coşqun Rəhimova ağır itki!

Azərbaycana külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz yolla gətirilməsinin qarşısı alındı - FOTO/VİDEO

Azərbaycana külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz yolla gətirilməsinin qarşısı alındı - FOTO/VİDEO

“Ağsaqqal”ın xanımı qızının yeni görüntülərini PAYLAŞDI - VİDEO

“Ağsaqqal”ın xanımı qızının yeni görüntülərini PAYLAŞDI - VİDEO

Türkiyənin vitse-prezidenti Bakıya gəlir - Azərbaycanla ticarət hədəfi 15 milyard dollardır

Türkiyənin vitse-prezidenti Bakıya gəlir - Azərbaycanla ticarət hədəfi 15 milyard dollardır

Gəncədə iki maşın toqquşdu - Xəsarət alanlar var

Gəncədə iki maşın toqquşdu - Xəsarət alanlar var

87 yaşlı Şamaxı sakini: "Heç vaxt boş dayanmağı sevmirəm” - VİDEO

87 yaşlı Şamaxı sakini: "Heç vaxt boş dayanmağı sevmirəm” - VİDEO

Rusiyada azərbaycanlı öz oğlunu maşınla vurub öldürdü

Rusiyada azərbaycanlı öz oğlunu maşınla vurub öldürdü

Moskvadan Antalyaya uçan təyyarə təcili eniş etdi

Moskvadan Antalyaya uçan təyyarə təcili eniş etdi

Rusiya Ukraynada ciddi itkilər verir

Rusiya Ukraynada ciddi itkilər verir

Sabah bəzi yerlərdə yağış yağacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

"Qarabağ"ın keçmiş hücumçusu yeni kluba keçdi

"Qarabağ"ın keçmiş hücumçusu yeni kluba keçdi

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

San-Fransiskoda 130 mindən çox insan işıqsız qaldı - VİDEO

San-Fransiskoda 130 mindən çox insan işıqsız qaldı - VİDEO

Azərbaycandan XOŞMƏRAMLI ADDIM – Regionda geosiyasi struktur DƏYİŞİR?

Azərbaycandan XOŞMƏRAMLI ADDIM – Regionda geosiyasi struktur DƏYİŞİR?

"Kuruluş Osman"ın aktrisası yeni serialda

"Kuruluş Osman"ın aktrisası yeni serialda

Tərtərdə kanalda batan şəxsin kimliyi AÇIQLANDI

Tərtərdə kanalda batan şəxsin kimliyi AÇIQLANDI

Bu gün Azərbaycana qış gələcək

Bu gün Azərbaycana qış gələcək

Ukrayna bu ərazini boşaldır

Ukrayna bu ərazini boşaldır

Tərtərdə bədbəxt HADİSƏ - Bir nəfər kanalda batdı

Tərtərdə bədbəxt HADİSƏ - Bir nəfər kanalda batdı

Lebron Ceyms Maykl Cordanı geridə qoydu

Lebron Ceyms Maykl Cordanı geridə qoydu

Ukrayna partizanları Rostovda dəmir yolu qovşağını partlatdı - VİDEO

Ukrayna partizanları Rostovda dəmir yolu qovşağını partlatdı - VİDEO

Ermənistan bankları rusiyalılara hesab açmaqdan imtina etdi - SANKSİYALARDAN QORXURLAR?

Ermənistan bankları rusiyalılara hesab açmaqdan imtina etdi - SANKSİYALARDAN QORXURLAR?

Samara vilayətində 4 uşaq itkin düşdü - FOTO

Samara vilayətində 4 uşaq itkin düşdü - FOTO

End of content

No more pages to load

RADİO