Milli Məclisin sədri Sahibə Qafarova 77 deputatın tələbi ilə Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə əsasən, 2022-ci il iyunun 1-dən Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən xəbərə görə, sərəncamda bildirilir ki, növbədənkənar sessiyanın gündəliyinə daxil edilmiş məsələlər bitdikdən sonra Milli Məclisin növbədənkənar sessiyası işini bitirmiş hesab edilir.
Bizim.Media