Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 8-də Ankaraya səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O bildirib ki, Lavrov türkiyəli həmkarı ilə görüşəcək.
“Görüşdə ikitərəfli münasibətlər, Rusiyaya qarşı tətbiq olunan Qərbin qeyri-qanuni sanksiyaları şəraitində iqtisadi əməkdaşlıq müzakirə olunacaq”.
Zaxarova həmçinin danışıqlarda regional və beynəlxalq gündəmdə duran məsələlərlə bağlı fikir mübadiləsi aparılacağını da deyib:
“İlk növbədə Ukraynadakı vəziyyət, eləcə də Suriya, Liviya, Qarabağ nizamlanması, Balkanlar, Mərkəzi Asiya və Əfqanıstandakı vəziyyət müzakirə olunacaq”.
Bizim.Media