Üçtərəfli bəyanatda əks olunan “maneəsiz” ifadəsi necə həll olunacaq? – Fərhad Məmmədovun ŞƏRHİ

“Nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı danışıqlar formatı ümumi prosesin ən işlənmiş, ən real görünən istiqamətidir. Burada artıq, demək olar ki, bütün hazırlıq işləri həyata keçirilib”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Fərhad Məmmədov səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan XİN-in ittihamına Fərhad Məmmədovdan CAVAB: “Bu yeni eskalasiyalara səbəb ola bilər”.


Belə ki, bu gün Moskvada baş tutacaq Cənubi Qafqazda regional kommunikasiyaların açılması üzrə işçi qrupun iclasını şərh edən politoloqun sözlərinə görə, nəqliyyat xətlərinin açılmasını delimitasiya prosesindən kənar baxmaq mümkün deyil:

“Çünki, ən azı nəqliyyat dəhlizlərinin ölkələrə giriş-çıxışı olan yerlər müəyyən olunmalıdır və həmin ərazilərdə delimitasiya-demarkasiya prosesi başa çatmalıdır ki, Azərbaycan, Ermənistan sərhədçilərinin harada dayanacaqları müəyyənləşdirilsin və s. Ümumilikdə isə bir neçə istiqamət üzrə gedən danışıqlar prosesinin bu istiqamətində konkret qərarların qəbul edilməsinə daha yaxınıq”.

Fərhad Məmmədov qeyd edib ki, regional kommunikasiyaların açılmasında, həm Avropa İttifaqı, həm də Rusiya maraqlıdır:

“Lakin bir ziddiyətli məqam var ki, bu bütün iştirakçı tərəflərə maneə yaradır: Bu yanaşmadır və  ondan ibarətdir ki, üçtərəfli bəyanatlarda öz əksini tapan “maneəsiz” ifadəsi necə işlənib hazırlanacaq? Avropa İttifaqı rəhbərinin bəyanatında əks olunan prinsip kommunikasiyalar üzərində suverenliyin qorunmasıdır. Bu məsələnin hansı formada işlənib hazırlanacağını müəyyənləşdirməyə ehtiyac var. Çünki burada Zəngəzur dəhlizi ilə Laçın dəhlizlərinin, yaxud da Gorus-Qafan yolunun istifadə qaydaları eyniləşdirilməsi variantları var”.

Politoloqun sözlərinə görə, bütün bu xırdalıqlar əldə olunacaq qərarda öz əksini tapmalıdır:

“Burada iki fərqli baxış var və danışıqların əsas predmeti, zənnimcə, bu mövzudur. Qərarların qəbul olunmasına da əsas maneə budur. Yekun olaraq qeyd edək ki, texniki tərəfinin həllində ən çox irəlidə olduğumuz istiqamət nəqliyyat istiqaməti olsa da, qeyd olunan maneəni necə aşacağımız maraq doğurur”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan ilə ABŞ regional bağlantılar sahəsində tərəfdaşlığı GÜCLƏNDİRİR

Azərbaycan ilə ABŞ regional bağlantılar sahəsində tərəfdaşlığı GÜCLƏNDİRİR

İndi 1100 manata satılır — Çox evdə hələ də bu dəstdən var - FOTO

İndi 1100 manata satılır — Çox evdə hələ də bu dəstdən var - FOTO

Azərbaycan və ABŞ süni intellekt sahəsində ƏMƏKDAŞLIQ EDƏCƏK

Azərbaycan və ABŞ süni intellekt sahəsində ƏMƏKDAŞLIQ EDƏCƏK

Naxçıvanda su xəttində qəza olub - Su kəsiləcək

Naxçıvanda su xəttində qəza olub - Su kəsiləcək

“Yuventus” onunla yeni müqavilə İMZALAYACAQ

“Yuventus” onunla yeni müqavilə İMZALAYACAQ

Şamaxıda AĞIR QƏZA: Ölən var

Şamaxıda AĞIR QƏZA: Ölən var

Alena Əliyeva Gəncədə xüsusi ümumtəhsil məktəbindən paylaşım etdi - FOTO

Alena Əliyeva Gəncədə xüsusi ümumtəhsil məktəbindən paylaşım etdi - FOTO

Bakı və Vaşinqton humanitar minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirəcək - XARTİYA

Bakı və Vaşinqton humanitar minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirəcək - XARTİYA

Çelsi “Barselona”nın üzvü üçün 80 milyon TƏKLİF EDƏCƏK

Çelsi “Barselona”nın üzvü üçün 80 milyon TƏKLİF EDƏCƏK

Azərbaycan və ABŞ Orta Dəhlizin inkişafı üçün əməkdaşlıq etmək NİYYƏTİNDƏDİR

Azərbaycan və ABŞ Orta Dəhlizin inkişafı üçün əməkdaşlıq etmək NİYYƏTİNDƏDİR

Ərəb Parlamentinin prezidenti Azərbaycana səfərə gəldi - FOTO

Ərəb Parlamentinin prezidenti Azərbaycana səfərə gəldi - FOTO

Xartiya: Azərbaycan və ABŞ əməkdaşlığın 5 əsas məqsədini müəyyənləşdirib - FOTO

Xartiya: Azərbaycan və ABŞ əməkdaşlığın 5 əsas məqsədini müəyyənləşdirib - FOTO

Kapitan “Real”dan GEDİR

Kapitan “Real”dan GEDİR

Vens: “İlham Əliyev Trampdan başqa həm türklər, həm də israillilərlə yola gedən yeganə liderdir” - VİDEO

Vens: “İlham Əliyev Trampdan başqa həm türklər, həm də israillilərlə yola gedən yeganə liderdir” - VİDEO

Alena Əliyeva Müqəddəs İohann lüteran kilsəsindən paylaşım etdi - FOTO

Alena Əliyeva Müqəddəs İohann lüteran kilsəsindən paylaşım etdi - FOTO

ABŞ-ın Vitse-prezidenti: “Əminəm ki, sülh sazişinin reallaşması gələcəkdə əmin-amanlıq yaradacaq”

ABŞ-ın Vitse-prezidenti: “Əminəm ki, sülh sazişinin reallaşması gələcəkdə əmin-amanlıq yaradacaq”

Vens: “TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq”

Vens: “TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq”

Prezident: “TRIPP layihəsi ilə sülhə, inkişafa və əməkdaşlığa töhfə verəcəyik” - VİDEO

Prezident: “TRIPP layihəsi ilə sülhə, inkişafa və əməkdaşlığa töhfə verəcəyik” - VİDEO

Vens: “Azərbaycanla ABŞ arasında yeni səhifələr açılır”

Vens: “Azərbaycanla ABŞ arasında yeni səhifələr açılır”

Prezident: “Bu gün Azərbaycan ilə ABŞ arasındakı münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur”

Prezident: “Bu gün Azərbaycan ilə ABŞ arasındakı münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur”

"Əl-Nəsr" Ronaldonun tələblərini yerinə yetirməyə başladı

"Əl-Nəsr" Ronaldonun tələblərini yerinə yetirməyə başladı

İlham Əliyev: “Tramp marşrutu regionda sülhü gücləndirəcək”

İlham Əliyev: “Tramp marşrutu regionda sülhü gücləndirəcək”

Prezident: “Tramp-Vens administrasiyasının regionumuzda göstərdiyi səylərdən biri TRIPP layihəsidir”

Prezident: “Tramp-Vens administrasiyasının regionumuzda göstərdiyi səylərdən biri TRIPP layihəsidir”

Qobustanda nənə və nəvə dəm qazından boğularaq öldü

Qobustanda nənə və nəvə dəm qazından boğularaq öldü

End of content

No more pages to load

RADİO