İyunun 4-də Rusiyanın paytaxtı Moskvada regional kommunikasiyaların açılması üçün yaradılmış Üçtərəfli İşçi Qrupun növbəti iclası keçiriləcək.
Bizim.Media "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan açıqlama verib.
Azərbaycan, Ermənistan və Rusiya Baş nazir müavinlərinin sədrlik etdiyi İşçi Qrup sonuncu dəfə 2021-ci ilin dekabrında Moskvada toplaşmışdı.
Bizim.Media