Ceyhun Bayramov Bolqarıstanın Baş naziri ilə görüşdü – Nələr müzakirə edildi? 

Bolqarıstan Respublikasına rəsmi səfəri çərçivəsində iyunun 1-də xarici işlər naziri Ceyhun Bayramov Bolqarıstan Baş naziri Kiril Petkov ilə görüşüb. 

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya verilən xəbərə görə, Baş nazir Azərbaycan xarici işlər nazirini salamlayaraq, cari səfərin əhəmiyyətini qeyd edib. 

Azərbaycanın Bolqarıstan üçün çox önəmli bir vaxtda enerji sahəsində ölkəyə yardım etdiyini səsləndirən Baş nazir Kiril Petkov Azərbaycan Prezidenti İlham Əliyevin bu xüsusda rolunu vurğulayıb və Azərbaycan dövlətinin etibarlı tərəfdaş olduğunu qeyd edib. 

Nazir Ceyhun Bayramov səmimi qəbula görə təşəkkür edib. İki ölkə arasında mövcud olan yüksək səviyyəli siyasi əlaqələrin iqtisadi sahədə də dinamik inkişaf ilə müşayiət edildiyi ifadə olunub. 

Tərəflər, ikitərəfli əlaqələrin bir sıra sahələrdə, o cümlədən enerji, iqtisadi-ticarət, informasiya texnologiyaları, nəqliyyat-tranzit, təhsil, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın növbəti iclasının keçirilməsinin iqtisadi əlaqələrin daha da genişləndirilməsinə töhfə verəcəyi qeyd olunub. 

Nazir Ceyhun Bayramov Baş nazirə bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, minaların təmizlənməsi, sülh quruculuğu istiqamətində Azərbaycan hökuməti tərəfindən atılan addımlar barədə məlumat verilib. 
Görüşdə, regional məsələlər və qarşılıqlı maraq doğuran digər mövzular müzakirə edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp İrana XƏBƏRDARLIQ ETDİ: “Danışıqların iflası müharibəyə gətirib çıxara bilər”

Tramp İrana XƏBƏRDARLIQ ETDİ: “Danışıqların iflası müharibəyə gətirib çıxara bilər”

Sabiq rəis HƏBS OLUNDU

Sabiq rəis HƏBS OLUNDU

“Everton”da CİDDİ İTKİ

“Everton”da CİDDİ İTKİ

ABŞ ilə Azərbaycan hərbi-texniki sahədə əməkdaşlığı GENİŞLƏNDİRİR

ABŞ ilə Azərbaycan hərbi-texniki sahədə əməkdaşlığı GENİŞLƏNDİRİR

Ağdaşda QƏZA: Dörd nəfər xəsarət aldı

Ağdaşda QƏZA: Dörd nəfər xəsarət aldı

Vensin Bakı aeroportunda çəkilən BU FOTOSU dünya mediasının GÜNDƏMİNDƏ

Vensin Bakı aeroportunda çəkilən BU FOTOSU dünya mediasının GÜNDƏMİNDƏ

ABŞ klubu Nəriman Axundzadənin transferinin detallarını AÇIQLADI

ABŞ klubu Nəriman Axundzadənin transferinin detallarını AÇIQLADI

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI

Könül Kərimovadan Zaura TƏNQİD: “Aparıcı olsaydım, buna icazə verməzdim” - VİDEO

Könül Kərimovadan Zaura TƏNQİD: “Aparıcı olsaydım, buna icazə verməzdim” - VİDEO

Alena Əliyeva Göygöldən paylaşım etdi - FOTO

Alena Əliyeva Göygöldən paylaşım etdi - FOTO

Qarabağ abidələri İslam Dünyası İrs Siyahılarına DAXİL EDİLDİ - FOTO

Qarabağ abidələri İslam Dünyası İrs Siyahılarına DAXİL EDİLDİ - FOTO

Azərbaycan ilə ABŞ regional bağlantılar sahəsində tərəfdaşlığı GÜCLƏNDİRİR

Azərbaycan ilə ABŞ regional bağlantılar sahəsində tərəfdaşlığı GÜCLƏNDİRİR

İndi 1100 manata satılır — Çox evdə hələ də bu dəstdən var - FOTO

İndi 1100 manata satılır — Çox evdə hələ də bu dəstdən var - FOTO

Azərbaycan və ABŞ süni intellekt sahəsində ƏMƏKDAŞLIQ EDƏCƏK

Azərbaycan və ABŞ süni intellekt sahəsində ƏMƏKDAŞLIQ EDƏCƏK

Naxçıvanda su xəttində qəza olub - Su kəsiləcək

Naxçıvanda su xəttində qəza olub - Su kəsiləcək

“Yuventus” onunla yeni müqavilə İMZALAYACAQ

“Yuventus” onunla yeni müqavilə İMZALAYACAQ

Şamaxıda AĞIR QƏZA: Ölən var

Şamaxıda AĞIR QƏZA: Ölən var

Alena Əliyeva Gəncədə xüsusi ümumtəhsil məktəbindən paylaşım etdi - FOTO

Alena Əliyeva Gəncədə xüsusi ümumtəhsil məktəbindən paylaşım etdi - FOTO

Bakı və Vaşinqton humanitar minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirəcək - XARTİYA

Bakı və Vaşinqton humanitar minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirəcək - XARTİYA

Çelsi “Barselona”nın üzvü üçün 80 milyon TƏKLİF EDƏCƏK

Çelsi “Barselona”nın üzvü üçün 80 milyon TƏKLİF EDƏCƏK

Azərbaycan və ABŞ Orta Dəhlizin inkişafı üçün əməkdaşlıq etmək NİYYƏTİNDƏDİR

Azərbaycan və ABŞ Orta Dəhlizin inkişafı üçün əməkdaşlıq etmək NİYYƏTİNDƏDİR

Ərəb Parlamentinin prezidenti Azərbaycana səfərə gəldi - FOTO

Ərəb Parlamentinin prezidenti Azərbaycana səfərə gəldi - FOTO

Xartiya: Azərbaycan və ABŞ əməkdaşlığın 5 əsas məqsədini müəyyənləşdirib - FOTO

Xartiya: Azərbaycan və ABŞ əməkdaşlığın 5 əsas məqsədini müəyyənləşdirib - FOTO

Kapitan “Real”dan GEDİR

Kapitan “Real”dan GEDİR

End of content

No more pages to load

RADİO