ABŞ-da Azərbaycanla bağlı təqdimat keçirildi - FOTO

ABŞ-ın Pensilvaniya ştatında Azərbaycanla bağlı təqdimat olub.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Bizim.Media-ya verilən məlumata görə, ölkəmizin Birləşmiş Ştatlardakı səfiri Xəzər İbrahim ABŞ-ın Pennslvania ştatında səfərdə olub.

Səfər çərçivəsində ştatının neft tarixi ilə zəngin Venanqo bölgəsində “Drake Well” muzeyini ziyarət edib, muzeyin kuratoru Sui Bites muzeylə bağlı ətraflı məlumat verib. Sonra səfir muzeyin qarşısında Azərbaycanla bağlı təqdimat edib.
Təqdimat zamanı yerli icma nümayəndələri ilə yanaşı Oyl Siti şəhərinin meri Bill Mun, Titusvil şəhərinin meri Con Krouç, Venanqo bölgəsinin komissarları Səm Briin və Mayk Dulani, o cümlədən ABŞ konqresmeni Qlen Tompsonun ofisinin nümayəndələri iştirak ediblər.

Səfir təqdimat zamanı Azərbaycanla neftlə bağlı ortaq dəyərləri bölüşən Pensilvaniyanın neftlə zəngin bölgəsinə gəlməkdən məmnunluq duyduğunu ifadə edib və ölkəmizin neft tarixi və sənayesi barəsində məlumat verib.

O, Azərbaycanda ilk neftin ABŞ-ın Titusvil ərazisindəki Dreyk bölgəsində çıxarılan ilk neftdən tam 13 il əvvəl, 1846-cı ildə çıxarıldığını xüsusi qeyd edib. Səfir çıxışı zamanı ölkəmizdə neft resurslarından iqtisadiyyatın diversifikasiyası üçün istifadə olunduğunu, “qara qızılın insan kapitalına çevrilməsinə ”xüsusi diqqət yetirildiyini bildirib.
Səfər çərçivəsində səfir oil Siti şəhərinin 60-dan çox ali məktəb tələbəsinin iştirak etdiyi görüşə qatılıb, onların çoxsaylı suallarını cavablandırıb.

Daha sonra ABŞ-ın neft tarixində xüsusi əhəmiyyət kəsb edən “Transit”və “Mellon Bank” binalarına baxış keçirilib, yerli tariçilər onlar barəsində ətraflı məlumat verib.

Səfər zamanı səfir mətbuat nümayəndələri üçün brifinq keçirib və bununla bağlı ABŞ mətbuatında çoxsaylı məqalələr dərc edilib.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp İrana XƏBƏRDARLIQ ETDİ: “Danışıqların iflası müharibəyə gətirib çıxara bilər”

Tramp İrana XƏBƏRDARLIQ ETDİ: “Danışıqların iflası müharibəyə gətirib çıxara bilər”

Sabiq rəis HƏBS OLUNDU

Sabiq rəis HƏBS OLUNDU

“Everton”da CİDDİ İTKİ

“Everton”da CİDDİ İTKİ

ABŞ ilə Azərbaycan hərbi-texniki sahədə əməkdaşlığı GENİŞLƏNDİRİR

ABŞ ilə Azərbaycan hərbi-texniki sahədə əməkdaşlığı GENİŞLƏNDİRİR

Ağdaşda QƏZA: Dörd nəfər xəsarət aldı

Ağdaşda QƏZA: Dörd nəfər xəsarət aldı

Vensin Bakı aeroportunda çəkilən BU FOTOSU dünya mediasının GÜNDƏMİNDƏ

Vensin Bakı aeroportunda çəkilən BU FOTOSU dünya mediasının GÜNDƏMİNDƏ

ABŞ klubu Nəriman Axundzadənin transferinin detallarını AÇIQLADI

ABŞ klubu Nəriman Axundzadənin transferinin detallarını AÇIQLADI

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI

Könül Kərimovadan Zaura TƏNQİD: “Aparıcı olsaydım, buna icazə verməzdim” - VİDEO

Könül Kərimovadan Zaura TƏNQİD: “Aparıcı olsaydım, buna icazə verməzdim” - VİDEO

Alena Əliyeva Göygöldən paylaşım etdi - FOTO

Alena Əliyeva Göygöldən paylaşım etdi - FOTO

Qarabağ abidələri İslam Dünyası İrs Siyahılarına DAXİL EDİLDİ - FOTO

Qarabağ abidələri İslam Dünyası İrs Siyahılarına DAXİL EDİLDİ - FOTO

Azərbaycan ilə ABŞ regional bağlantılar sahəsində tərəfdaşlığı GÜCLƏNDİRİR

Azərbaycan ilə ABŞ regional bağlantılar sahəsində tərəfdaşlığı GÜCLƏNDİRİR

İndi 1100 manata satılır — Çox evdə hələ də bu dəstdən var - FOTO

İndi 1100 manata satılır — Çox evdə hələ də bu dəstdən var - FOTO

Azərbaycan və ABŞ süni intellekt sahəsində ƏMƏKDAŞLIQ EDƏCƏK

Azərbaycan və ABŞ süni intellekt sahəsində ƏMƏKDAŞLIQ EDƏCƏK

Naxçıvanda su xəttində qəza olub - Su kəsiləcək

Naxçıvanda su xəttində qəza olub - Su kəsiləcək

“Yuventus” onunla yeni müqavilə İMZALAYACAQ

“Yuventus” onunla yeni müqavilə İMZALAYACAQ

Şamaxıda AĞIR QƏZA: Ölən var

Şamaxıda AĞIR QƏZA: Ölən var

Alena Əliyeva Gəncədə xüsusi ümumtəhsil məktəbindən paylaşım etdi - FOTO

Alena Əliyeva Gəncədə xüsusi ümumtəhsil məktəbindən paylaşım etdi - FOTO

Bakı və Vaşinqton humanitar minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirəcək - XARTİYA

Bakı və Vaşinqton humanitar minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirəcək - XARTİYA

Çelsi “Barselona”nın üzvü üçün 80 milyon TƏKLİF EDƏCƏK

Çelsi “Barselona”nın üzvü üçün 80 milyon TƏKLİF EDƏCƏK

Azərbaycan və ABŞ Orta Dəhlizin inkişafı üçün əməkdaşlıq etmək NİYYƏTİNDƏDİR

Azərbaycan və ABŞ Orta Dəhlizin inkişafı üçün əməkdaşlıq etmək NİYYƏTİNDƏDİR

Ərəb Parlamentinin prezidenti Azərbaycana səfərə gəldi - FOTO

Ərəb Parlamentinin prezidenti Azərbaycana səfərə gəldi - FOTO

Xartiya: Azərbaycan və ABŞ əməkdaşlığın 5 əsas məqsədini müəyyənləşdirib - FOTO

Xartiya: Azərbaycan və ABŞ əməkdaşlığın 5 əsas məqsədini müəyyənləşdirib - FOTO

Kapitan “Real”dan GEDİR

Kapitan “Real”dan GEDİR

End of content

No more pages to load

RADİO