Neapol Azərbaycanın ərazi bütövlüyü ilə bağlı sənəd qəbul etdi

Neapol Şəhər Şurası "Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətin ifadə edilməsi və Azərbaycan ilə İtaliya arasında çoxşaxəli əməkdaşlığın möhkəmləndirilməsinə yönəldilmiş addımların atılması üçün İtaliya hökumətinə müraciət" adlı sənəd qəbul edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, Vinçentso Solombrinonun müəllifi olduğu sənəddə beynəlxalq səviyyədə Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi tanındığı, bu bölgənin və ona bitişik 7 rayonun 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal olunduğu, azərbaycanlıların doğma torpaqlarından qovulduğu, BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının qətnamələri, Ermənistanın 27 sentyabr təcavüzü nəticəsində 44 günlük müharibəsinin başladığı barədə ətraflı məlumat verilib.

İtaliya hökumətindən tərəfləri Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri arasında imzalanan 10 noyabr 2020-ci il tarixli bəyanatdakı öhdəlikləri yerinə yetirməyə çağırmaq tələb olunub. Şəhər Şurası hesab edir ki, münaqişənin başa çatması və vəziyyəti normallaşdırma prosesinin başlanması Azərbaycana öz ərazilərini bərpa etməyə imkan yaradacaq.

Ərazilərin bərpasına dair strateji planın işə salınması isə yüksəliş və inkişaf mərhələsinin davam etməsinə, eləcə də italyan şirkətləri üçün yeni vacib iqtisadi və kommersiya imkanlarının yaranmasına yol açacaq.

Sənəddə Azərbaycan və İtaliya arasında gözəl münasibətlərin mövcud olduğu, 2020-ci ilin fevralında hökumət başçıları arasında siyasi, iqtisadi, səhiyyə, enerji, texnoloji, elm və mədəniyyət sahələrində geniş əməkdaşlığa dair çoxşaxəli strateji əməldaşlığın möhkəmləndirilməsi barədə birgə bəyannamənin olduğu vurğulanıb.

Neapol-Bakı Assosiasiyasının da Azərbaycanla Neapol arasında sıx əlaqələri dəstəklədiyinə diqqət cəlb edilib. Qeyd olunub ki, Neapolla Azərbaycanın paytaxtı Bakı qardaşlaşmış şəhərlərdir və bu qardaşlaşma iki xalq arasında dostluq, mədəni, kommersiya və institusional mübadilə baxımından konkret nəticələrin əldə olunmasına gətirib çıxarıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM: 20 fevralda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 20 fevralda baş vermiş tarixi hadisələr

"Milan"ın müdafiəçisi sıradan çıxdı

"Milan"ın müdafiəçisi sıradan çıxdı

"Rəsmi məktub yazıblar ki, ölkədə şiddəti təbliğ edirəm"

"Rəsmi məktub yazıblar ki, ölkədə şiddəti təbliğ edirəm"

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar QƏBUL EDİLDİ

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar QƏBUL EDİLDİ

UEFA-dan "Fənərbağça"ya QADAĞA

UEFA-dan "Fənərbağça"ya QADAĞA

Şəkər əvəzinə bal yesək nə baş verər?

Şəkər əvəzinə bal yesək nə baş verər?

Əminə səfirin övladının toyunda səhnə aldı - VİDEO

Əminə səfirin övladının toyunda səhnə aldı - VİDEO

Şəhriyar Məmmədyarov FİNALDA

Şəhriyar Məmmədyarov FİNALDA

Bəzi ərazilərdə İŞIQ KƏSİLƏCƏK

Bəzi ərazilərdə İŞIQ KƏSİLƏCƏK

“Gəlinim dedi ki, bundan sonra biznesdə uç” - VİDEO

“Gəlinim dedi ki, bundan sonra biznesdə uç” - VİDEO

Tramp: “BMT münaqişələrin həllində əvvəlkindən daha çox iştirak etməlidir”

Tramp: “BMT münaqişələrin həllində əvvəlkindən daha çox iştirak etməlidir”

Tum çırtlayaraq işçilərə əziyyət edənlər işdən çıxarıldı - VİDEO

Tum çırtlayaraq işçilərə əziyyət edənlər işdən çıxarıldı - VİDEO

Leyla Əliyeva Albaniyaya səfəri ilə bağlı paylaşım etdi - VİDEO

Leyla Əliyeva Albaniyaya səfəri ilə bağlı paylaşım etdi - VİDEO

“Beşiktaş” 30 milyonluq təklifi QƏBUL ETMƏDİ

“Beşiktaş” 30 milyonluq təklifi QƏBUL ETMƏDİ

Prezidentin sosial media hesablarında Sülh Şurasının ilk iclası ilə bağlı paylaşım edildi - FOTO

Prezidentin sosial media hesablarında Sülh Şurasının ilk iclası ilə bağlı paylaşım edildi - FOTO

Vaşinqtonda TƏXRİBATA CƏHD: Prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları qarşısını aldılar - VİDEO

Vaşinqtonda TƏXRİBATA CƏHD: Prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları qarşısını aldılar - VİDEO

Bakı sakininin Almaniyada işə düzəltmək adı ilə 20 min manatı mənimsənilib - VİDEO

Bakı sakininin Almaniyada işə düzəltmək adı ilə 20 min manatı mənimsənilib - VİDEO

“Arsenal” Bukayo Saka ilə müqaviləni UZATDI

“Arsenal” Bukayo Saka ilə müqaviləni UZATDI

Sabiq vəzifəli şəxslərin həbs müddətinin uzadılması İSTƏNİLDİ

Sabiq vəzifəli şəxslərin həbs müddətinin uzadılması İSTƏNİLDİ

Tramp: “İranla razılaşma əldə edib-etməyəcəyimizi 10 gün ərzində öyrənəcəksiniz”

Tramp: “İranla razılaşma əldə edib-etməyəcəyimizi 10 gün ərzində öyrənəcəksiniz”

Saxta kampaniyalarla bağlı vətəndaşlara XƏBƏRDARLIQ

Saxta kampaniyalarla bağlı vətəndaşlara XƏBƏRDARLIQ

“Borussiya” Braziliya millisinin üzvünü TRANSFER ETDİ

“Borussiya” Braziliya millisinin üzvünü TRANSFER ETDİ

Hikmət Hacıyev: “7 milyard dollar Qəzzaya maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur”

Hikmət Hacıyev: “7 milyard dollar Qəzzaya maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur”

“Belə hal təkrarlansa, hüquqi addım atacağıq”

“Belə hal təkrarlansa, hüquqi addım atacağıq”

End of content

No more pages to load

RADİO