“Müasir Azərbaycan siyasi və iqtisadi sahələrdə, regional və beynəlxalq aləmdə möhkəmləmə baxımından ciddi uğurlar əldə etmiş dinamik inkişaf edən dövlətdir”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
O, Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib:
“Müttəfiq Azərbaycanı və onun xalqını bu bayram münasibətilə təbrik edirəm. Müstəqillik dövründə Azərbaycan böyük və şərəfli yol keçib, çoxlu işlər görərək tamamilə dəyişib. Bu, regionda və onun hüdudlarından kənarda dəqiq ifadə olunan maraqlara malik müasir dövlətdir. Müttəfiq Azərbaycana ən xoş arzularımızı çatdırır, sülh və tərəqqi arzu edirik”.
Bizim.Media