Bu ölkələrin liderləri İlham Əliyevi təbrik etdi

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan hökumətinə və dost Azərbaycan xalqına isə rifah və tərəqqi arzulayıram.

Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XXX

Həmçinin Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

"Hörmətli cənab Prezident.


Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Polşa xalqı adından və şəxsən öz adımdan Sizə, ölkənizin bütün vətəndaşlarına səmimi-qəlbdən təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

2022-ci ildə biz Polşa Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edirik. Bu müddət ərzində çox yaxşı səviyyədə olan siyasi münasibətləri inkişaf etdirməyə, ticarət əlaqələrini, ənənəvi dostluğu və əməkdaşlığı dərinləşdirməyə nail olduq.

Azərbaycan Respublikası Cənubi Qafqaz regionunda bizim üçün mühüm tərəfdaşdır. 2017-ci ildə Varşavaya səfəriniz zamanı Polşa Respublikası ilə Azərbaycan Respublikası arasında imzalanmış Strateji Tərəfdaşlıq və İqtisadi Əməkdaşlığa dair Yol Xəritəsi haqqında Birgə Bəyannamə münasibətlərimizin inkişaf istiqamətlərini müəyyən edən sənəd olaraq qalır.

Dövlətlərimiz, xalqlarımız arasında əlaqələrin və əməkdaşlığın istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı çərçivəsində bundan sonra da uğurla inkişaf edəcəyinə əminəm.
Cənab Prezident, icazə verin, milli bayramınız münasibətilə bütün Azərbaycan vətəndaşlarına bir daha təbriklərimi çatdırım".

XXX

Hindistan Respublikasının Prezidenti Ram Nat Kovind də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Zati-aliləri.


Müstəqillik Günü münasibətilə Hindistan hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan hökumətinə və xalqına səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Hindistan ilə Azərbaycan arasında tarixi və mədəni əlaqələr mövcuddur. Bu il diplomatik əlaqələrimizin qurulmasının 30 illiyi tamam olur. Ötən 30 il ərzində əlaqələrimiz xüsusilə iqtisadi sahədə yaxşı inkişaf edib.
Münasibətlərimizi qarşılıqlı anlaşma və maraq üzərində qurmaq olduqca vacibdir.

Zati-aliləri, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pendirin daha ləzzətli olması üçün onu bu materiala BÜKÜN

Pendirin daha ləzzətli olması üçün onu bu materiala BÜKÜN

Brilliant Dadaşova: “Elza, bizi bağışla!” - VİDEO

Brilliant Dadaşova: “Elza, bizi bağışla!” - VİDEO

"Nəriman komandamıza yeni nəfəs gətirəcək" - "Kolumbus Kru" rəsmisi

"Nəriman komandamıza yeni nəfəs gətirəcək" - "Kolumbus Kru" rəsmisi

Bahalı qarderob otağını paylaşan Aysun TƏNQİD OLUNDU - VİDEO

Bahalı qarderob otağını paylaşan Aysun TƏNQİD OLUNDU - VİDEO

Alena Əliyeva Gəncə Autizm Mərkəzindən paylaşım etdi - FOTO

Alena Əliyeva Gəncə Autizm Mərkəzindən paylaşım etdi - FOTO

Paşinyan: “Azərbaycan erməni məhsullarının öz ərazisindən üçüncü ölkələrə ixracına icazə verib”

Paşinyan: “Azərbaycan erməni məhsullarının öz ərazisindən üçüncü ölkələrə ixracına icazə verib”

Ərinin qətlini sifariş etməkdə ittiham olunan qadın apellyasiya ŞİKAYƏTİ VERDİ

Ərinin qətlini sifariş etməkdə ittiham olunan qadın apellyasiya ŞİKAYƏTİ VERDİ

“Neftçi” “Qəbələ”ni məğlub etdi - VİDEO

“Neftçi” “Qəbələ”ni məğlub etdi - VİDEO

Tramp İrana XƏBƏRDARLIQ ETDİ: “Danışıqların iflası müharibəyə gətirib çıxara bilər”

Tramp İrana XƏBƏRDARLIQ ETDİ: “Danışıqların iflası müharibəyə gətirib çıxara bilər”

Sabiq rəis HƏBS OLUNDU

Sabiq rəis HƏBS OLUNDU

“Everton”da CİDDİ İTKİ

“Everton”da CİDDİ İTKİ

ABŞ ilə Azərbaycan hərbi-texniki sahədə əməkdaşlığı GENİŞLƏNDİRİR

ABŞ ilə Azərbaycan hərbi-texniki sahədə əməkdaşlığı GENİŞLƏNDİRİR

Ağdaşda QƏZA: Dörd nəfər xəsarət aldı

Ağdaşda QƏZA: Dörd nəfər xəsarət aldı

Vensin Bakı aeroportunda çəkilən BU FOTOSU dünya mediasının GÜNDƏMİNDƏ

Vensin Bakı aeroportunda çəkilən BU FOTOSU dünya mediasının GÜNDƏMİNDƏ

ABŞ klubu Nəriman Axundzadənin transferinin detallarını AÇIQLADI

ABŞ klubu Nəriman Axundzadənin transferinin detallarını AÇIQLADI

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI

Könül Kərimovadan Zaura TƏNQİD: “Aparıcı olsaydım, buna icazə verməzdim” - VİDEO

Könül Kərimovadan Zaura TƏNQİD: “Aparıcı olsaydım, buna icazə verməzdim” - VİDEO

Alena Əliyeva Göygöldən paylaşım etdi - FOTO

Alena Əliyeva Göygöldən paylaşım etdi - FOTO

Qarabağ abidələri İslam Dünyası İrs Siyahılarına DAXİL EDİLDİ - FOTO

Qarabağ abidələri İslam Dünyası İrs Siyahılarına DAXİL EDİLDİ - FOTO

Azərbaycan ilə ABŞ regional bağlantılar sahəsində tərəfdaşlığı GÜCLƏNDİRİR

Azərbaycan ilə ABŞ regional bağlantılar sahəsində tərəfdaşlığı GÜCLƏNDİRİR

İndi 1100 manata satılır — Çox evdə hələ də bu dəstdən var - FOTO

İndi 1100 manata satılır — Çox evdə hələ də bu dəstdən var - FOTO

Azərbaycan və ABŞ süni intellekt sahəsində ƏMƏKDAŞLIQ EDƏCƏK

Azərbaycan və ABŞ süni intellekt sahəsində ƏMƏKDAŞLIQ EDƏCƏK

Naxçıvanda su xəttində qəza olub - Su kəsiləcək

Naxçıvanda su xəttində qəza olub - Su kəsiləcək

“Yuventus” onunla yeni müqavilə İMZALAYACAQ

“Yuventus” onunla yeni müqavilə İMZALAYACAQ

End of content

No more pages to load

RADİO