ABŞ prezidenti Donald Tramp yeni tvit paylaşıb.
Bizim.Media xəbər verir ki, Ağ Evin sahibi seçki nəticələrinə bir daha etiraz edib.
“Artıq baş verdi, seçkilər zamanı gizlədilən 50 min bülleten dünən gecə tapıldı. Amerika axmaqlar tərəfindən utanılacaq vəziyyətə salınıb. Bizim seçki prosesi dünyanın üçüncü ölkələrindən də pis vəziyyətdədir”, deyə o yazıb.
Tramp tvitdə “axmaqlar” sözünü işlətməklə andiçmə mərasimi ərəfəsində nə qədər aqressiv olduğunu göstərib.
Dünyaya demokratiya dərsi keçməyə çalışan Amerikada seçki saxtakarlığı ilə bağlı yazılan tvitlər Amerikanın imicinə zərər gətirir.
Xatırladaq ki, Tramp seçkidən sonra dəfələrlə aqressiv tərzdə tvitlər paylaşıb.
Vüqar Ağamalıoğlu, Bizim.Media
