Türkiyə, Qırğızıstan, Qazaxıstan və Özbəkistanın ombudsmanları və milli insan hüquqları təsisatlarının rəhbərləri, parlament nümayəndələri Şuşa şəhərinə səfər edib.
Ombudsman Aparatından Bizim.Media-ya verilən məlumata görə, qonaqlar Şuşa şəhərinin Ermənistan işğalı altında saxlandığı müddət ərzində Azərbaycan xalqına məxsus tarixi, mədəni, dini irs nümunələrinin dağıdılması və təhqir edilməsi faktları ilə tanış ediliblər.
Qeyd edək ki, mayın 24-25-də bakıda Azərbaycanda Ombudsman təsisatının yaradılmasının 20 illiyi münasibətilə “TÜRKPA üzv dövlətlərində insan hüquqlarının qorunması” adlı beynəlxalq konfrans keçiriləcək.
Bizim.Media