Azərbaycan qələbəsini rəsmiləşdirib, tezliklə azərbaycanlılar Xankəndi və Xocalıya qayıdacaq - AÇIQLAMA

“Ermənistanın daxilində bu saat ikitirəlik yox, çoxtirəlik var, ciddi mübarizə gedir. Orada 20-yə yaxın partiyanın birləşməsini önə aparan 75 yaşlı Vazgen Manukyan var və onlar müharibə tərəfdarlarıdır. Çünki revanşizm ideyaları səsləndirir və təbliğ edirlər. Bu fonda isə, Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə barışıq strategiyasına meyil göstərir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirdi.

Politoloqun sözlərinə görə, Paşinyanın barışığa istiqamətlənməsi Ermənistanın daxilindəki bəzi radikal qrupları qıcıqlandırır. 

''Həmin radikallar Qarabağda olan bəzi erməni banditlərini, silahlılarını himayə edir və onlara müxtəlif fitvalar verirlər. Onlar çalışır ki, Azərbaycan qoşunları ilə rus sülhməramlıları arasında nifaq salsınlar. Vəziyyətin gərginləşməsi həmin radikal qrupların marağındadır. Bu baxımdan, birincisi həm bizim tərəf, həm də sülhməramlılar belə təxribatlara uymalı deyil''.

''Digər tərəfdən tərəflər sülhün bərqərar olmasında, sabitliyin qorunmasında birgə həmahəng çalışmalıdır. Ən əsası da bərbad vəziyyətdə olan şəhər, qəsəbə, kənd və yaşayış məntəqələrinin bərpasına maneçiliklər törədilməməlidir. Bu ilk növbədə Şuşaya aiddir, çünki bu şəhərin necə dərin rəmzi məna ifadə etdiyi məlumdur''.

Tofiq Abbasov sosial şəbəkələrdə yayılan və müzakirə predmetinə çevrilən “sülhməramlılar Şuşa ətrafında” paylaşımlarına da münasibət bildirdi. 

“Burada vəziyyətin əsas mahiyyəti ondan ibarətdir ki, artıq biz Azərbaycanın qalibiyyəti şəraitində yaşayırıq. Ola bilsin ki, Moskvanın özündən bəzi qüvvələr – biz bilirik ki, onlar ermənilərə fitva verir, onları ruhlandırırlar. Sülhməramlılara elə bir şərait yaradırlar ki, onlar azərbaycanlılarla yox, ancaq ermənilərlə təmasda olurlar. 

Əsas məsələ odur ki, Azərbaycan öz qələbəsini rəsmiləşdirib və Rusiya, Moskvanı təmsil edən sülhməramlılar bunu inkar edə bilməz. 

Biz ilk növbədə prezident İlham Əliyevin çıxışlarından görürük ki, o, bütün məsələlərlə bağlı fikrini bildirir. Siyasi rəhbərliyimizdə tam məlumatlılıq var, heç nə gözdən qaçmır.”

Politoloq qeyd etdi ki, Türkiyənin də monitorinqlərdə iştirakı hər hansı bir qüvvənin nəyisə örtbasdır etməsinə imkan verməyəcək.

Ən yaxın zamanda Qarabağda vəziyyətin köklü sürətdə dəyişəcəyini deyən Tofiq Abbasov rusların Dağlıq Qarabağa erməni məcburi köçkünləri yerləşdirməsindən də söz açdı.

“Ruslar addımlarına don geyindirməyə çalışır ki, guya bunlar humanistlik edir. Qarabağa qaytarılan ermənilər arasında quldur, başı əziləsi separatçıların olduğuna şübhə etmirəm. Onların hamısını nəzarətdə saxlamalıyıq və saxlayırıq.”

Bununla yanaşı sosial media istifadəçiləri arasında formalaşan digər sual odur ki, “Şuşa və ona aid kəndləri azad etmişik, sülhməramlılar Şuşakənddə (Şuşikend) niyə yerləşdirilib?

Politoloq dedi ki, Şuşa şəhəri bizimdir və buna heç bir şübhə ola bilməz.

“Bizim 400 desant nümayəndəmiz özlərinin canının, qanının bahasına şəhəri geri alıb və biz artıq bu qalanı heç kəslə bölüşəsi deyilik. Kəndlər də bizimdir. Sadəcə ruslar 1-ci mərhələdə çalışırlar ki, ora erməniləri gətirsinlər. Ruslar müəyyən mənada onlara bir kart-blanş verir. Çünki Ermənistan Rusiyanın bu məsələdə bitərəf qalmasından üzüldü, Kremlə narazılıqlarını bildirdilər. Bunun müqabilində Moskva ermənilərə bir jest eləməyə çalışır ki, özlərini onlar üçün xilaskar kimi təqdim etsin". 

"Bu yaxınlarda 2-ci mərhələdə Qarabağa Azərbaycan ailələrinin köçürülməsinin şahidi olmalıyıq. Bununla bağlı planımız da var. Fikir vermisinizsə, Dağlıq Qarabağın azərbaycanlı icması ifadəsi artıq yoxdur. Çünki biz öz torpağımızdayıq və orada azərbaycanlılar titullu bir xalqdır. Azərbaycanlılar orada yaşayıb və bundan sonra da Qarabağın bu dağlıq hissəsində ömür sürəcəklər. Bu yaxınlarda azərbaycanlılar Xocalıya, Xankəndinin özünə də qayıdacaqlar”

Bu sözlərindən əminlik ifadə edən Tofiq Abbasov əlavə etdi ki, bütün bunlar Rusiya tərəfi ilə razılaşdırılıb.

Sadəcə, 2-ci mərhələ üçün yeni bir sənədin tərtib olunub, imzalanması ehtimalı var. 

''Yaddan çıxartmayaq ki, Moskvada yüksək səviyyəli görüşlər gözlənilir. Buna görə erməni radikalları üzüntü içindədir. Radikal ermənilər anlamır ki, müharibə variantı İrəvan üçün əlverişli deyil. 44 günlük savaşdan sonra onların 80 %-ə qədər hərbi piotensialı dağılıb''.

''Ermənistan zəlil ölkəyə çevrilib və ölkəni böhrandan çıxartmaq üçün təəccüblü səslənsə də, Nikol Paşinyan daha perspektivli şəxs kimi görünür. Serj Sarqsyanın kürəkəni Minasyan da daxil Manukyan və başqaları isə Ermənistanda hakimiyyəti ələ keçirtmək istəyir''.

Sonda Azərbaycanın Ermənistanı diz çökdürdüyünü deyən Tofiq Abbasov vurğuladı ki, Bakı bu üstünlüyü heç vaxt əldən verməyəcək. 

Anar Rəhimov, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Uşaqlı qadınlara əlavə kompensasiya veriləcək - YENİ QƏRAR

Uşaqlı qadınlara əlavə kompensasiya veriləcək - YENİ QƏRAR

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Beyləqan və Yevlaxdakı yanğın söndürüldü

Beyləqan və Yevlaxdakı yanğın söndürüldü

Söküntü zamanı ən yüksək kompensasiya nə qədər olur? - VACİB AÇIQLAMA

Söküntü zamanı ən yüksək kompensasiya nə qədər olur? - VACİB AÇIQLAMA

“Tarif Şurası qiyməti bu halda artırır” – Su tarifləri ilə bağlı ANLAŞILMAZLIQ

“Tarif Şurası qiyməti bu halda artırır” – Su tarifləri ilə bağlı ANLAŞILMAZLIQ

Qızıl axtarmaq üçün Qaradağdakı qoruqda qanunsuz qazıntı apardılar, tutuldular – FOTO/VİDEO

Qızıl axtarmaq üçün Qaradağdakı qoruqda qanunsuz qazıntı apardılar, tutuldular – FOTO/VİDEO

Həftəsonu rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ!

Həftəsonu rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ!

Bakı metrosunda SIXLIQ - Qatarda nasazlıq yarandı

Bakı metrosunda SIXLIQ - Qatarda nasazlıq yarandı

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Pişik sahibləri bu xəstəliyə yoluxa BİLƏR

Pişik sahibləri bu xəstəliyə yoluxa BİLƏR

Səhər süfrəsində olan bu qidalar qaraciyərin düşmənidir

Səhər süfrəsində olan bu qidalar qaraciyərin düşmənidir

DİQQƏT! Bakının iki rayonunda qaz olmayacaq

DİQQƏT! Bakının iki rayonunda qaz olmayacaq

Donor bazarı və GİZLİ HƏQİQƏTLƏR – Süni mayalanma zamanı cütlüklər BELƏ ALDADILIR

Donor bazarı və GİZLİ HƏQİQƏTLƏR – Süni mayalanma zamanı cütlüklər BELƏ ALDADILIR

Ətin qiymətində gözlənilməz DƏYİŞİKLİK

Ətin qiymətində gözlənilməz DƏYİŞİKLİK

Aqşin Fatehin restoranı bağlandı

Aqşin Fatehin restoranı bağlandı

ABŞ yadplanetlilərlə bağlı məxfi sənədləri AÇIQLAYACAQ

ABŞ yadplanetlilərlə bağlı məxfi sənədləri AÇIQLAYACAQ

Bu halda pensiyanız əlinizdən alına bilər — DİQQƏT!

Bu halda pensiyanız əlinizdən alına bilər — DİQQƏT!

Hava kəskin DƏYİŞİR – Temperatur enəcək, külək güclənəcək

Hava kəskin DƏYİŞİR – Temperatur enəcək, külək güclənəcək

Çoxumuzun tərəvəz hesab etdiyi bitki ən sağlam meyvə seçildi

Çoxumuzun tərəvəz hesab etdiyi bitki ən sağlam meyvə seçildi

Ramazan süfrələrinin bəzəyi – Ən bahalı və ən ucuz xurmalar – ARAŞDIRMA – FOTO

Ramazan süfrələrinin bəzəyi – Ən bahalı və ən ucuz xurmalar – ARAŞDIRMA – FOTO

BİZİM TƏQVİM: 20 fevralda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 20 fevralda baş vermiş tarixi hadisələr

"Milan"ın müdafiəçisi sıradan çıxdı

"Milan"ın müdafiəçisi sıradan çıxdı

"Rəsmi məktub yazıblar ki, ölkədə şiddəti təbliğ edirəm"

"Rəsmi məktub yazıblar ki, ölkədə şiddəti təbliğ edirəm"

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar QƏBUL EDİLDİ

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar QƏBUL EDİLDİ

End of content

No more pages to load

RADİO