“Brüsseldə Avropa İttifaqı Şurası (Aİ) prezidentinin Ermənistan və Azərbaycan liderlərinə ev sahibliyi etdiyi 3-cü üçtərəfli görüşü alqışlayırıq”.
Bizim.Media xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell “Twitter“də yazıb.
“Mən dayanıqlı sülhə doğru dinamikanı dəstəkləyən konkret addımları görməyə ümid edirəm”, - deyə Aİ rəsmisi qeyd edib. Borrell əlavə edib ki, Aİ regionda sülh və barışıq səyləri istiqamətində fəal işləməyə davam edəcək.
Bizim.Media
