Üçüncü, üçtərəfli BRÜSSEL GÖRÜŞÜ – Əldə olunan nəticələrin SİYAHISI

Xəbər verdiyimiz kimi, mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Cozep Borel arasında müzakirələr baş tutub. Sayca 3-cü Brüssel görüşündə də əvvəlkilərdə olduğu kimi, əvvəlcə tərəflər Aİ rəhbəri ilə ayrılıqda müzakirələr aparıblar.

Ümumilikdə, görüşlə bağlı hər üçü tərəfin açıqlamalarına nəzər saldıqda, müzakirələrin müsbət məcrada cərəyan etdiyini söyləyə bilərik.
 

MÖVZU İLƏ BAĞLI:

Brüssel görüşündə Ermənistanın “ATƏT-in Minsk Qrupu” FİASKOSU: Azərbaycan hansı uğura imza atdı? 


Müzakirə tərəflərinin irəli sürdüyü əsas müddəalar isə bu cür olub:

Azərbaycan:

- Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsinin rəsmi Bakının təklif etdiyi 5 prinsip üzrə hazırlanacağını qeyd edib;

- Birinci Qarabağ savaşında itkin düşmüş 4 min azərbaycanlının aqibəti növbəti dəfə gündəliyə daxil edilib;

- 10 noyabr bəyanatının bütün müddəalarının Ermənistan tərəfindən icrasının vacibliyi yenidən vurğulanıb.

Ermənistan:

- Qarabağ ermənilərinin humanitar problemləri;

- Aİ-nin ayırdığı 2,6 milyard avronun aqibəti.

Bir məqamı da qeyd etməliyik ki, Ermənistan tərəfi müzakirələrdə 10 noyabr bəyanatına hər hansı istinad etməyərək, yalnız Brüssel görüşlərinin nəticələri ilə bağlı fikirlər səsləndirib.

Görünür, Paşinyan üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmaq üçün Aİ ilə münasibətləri kəskinləşən Rusiyanın vasitəçiliyi ilə əldə olunan razılaşmaları diqqətdən kənarda saxlamağa çalışır.
Aİ Şurasının Prezidenti Cozep Borel isə 3 saata yaxın davam edən üçtərəfli müzakirələrdən sonra görüşlə bağlı aşağıdakı nəticələri elan edib:

1. Sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclası dövlətlərarası sərhəddə yaxın günlərdə baş tutacaq. 

Xatırladaq ki, aprelin 6-da keçirilən görüşdə, müvafiq birgə komissiyanın aprelin sonuna kimi yaradılması razılaşdırılsa da, Ermənistan tərəfi bundan yayınmışdı.

2. Kommunikasiya ilə əlaqədar liderlər nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti, nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər, sərhəd idaretmə, təhlükəsizlik, eləcə də gömrük rüsumları məsələsində razılığa gəliblər. Yaxın günlərdə Baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər.

3. Liderlər Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə razılığa gəliblər. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər. 

4. Əhalinin uzunmüddətli davamlı sülhə hazırlanması istiqamətində Avropa İttifaqı öz dəstəyini gücləndirməyə hazırdır. Təmaslar davam edəcək, iyul-avqust aylarına qədər eyni formatda yenidən görüş keçiriləcək.

5. Qarabağ regionunda etnik erməni əhalisinin hüquqları və təhlükəsizliyi məsələlərini həll etmək lazımdır.

Sonuncu bəndlə bağlı qeyd etməliyik ki, rəsmi Bakı Qarabağın rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan hissəsində yaşayan ermənilərin Azərbaycan vətəndaşı olduğunu və onların digər Azərbaycan vətəndaşları kimi bütün konstitusion hüquqlara malik olacağını dəfələrlə bəyan edib. 
Bununla yanaşı, rəsmi İrəvanın son zamanlar yenidən gündəmə gətirməyə çalışdığı “status” və Minsk Qrupu məsələləri yenə də görüşün gündəliyində özünə yer tapmayıb.

Ümumilikdə isə, Brüssel görüşünü regionda sülhün əldə olunması istiqamətində atılan mühüm addımlardan biri hesab edə bilərik.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İmmun sistemini gücləndirən HƏRƏKƏT

İmmun sistemini gücləndirən HƏRƏKƏT

Çətinliklərlə üzləşəcəksiniz: Üç BÜRCƏ xəbərdarlıq

Çətinliklərlə üzləşəcəksiniz: Üç BÜRCƏ xəbərdarlıq

Ağ Ev Trampa qarşı sui-qəsd cəhdinin SƏBƏBİNİ açıqlayıb

Ağ Ev Trampa qarşı sui-qəsd cəhdinin SƏBƏBİNİ açıqlayıb

Zelenski gizli şəkildə Ermənistana gələcək

Zelenski gizli şəkildə Ermənistana gələcək

Fermerlər zərər içində: Çiyələk və alça bu il baha ola bilər - VİDEO

Fermerlər zərər içində: Çiyələk və alça bu il baha ola bilər - VİDEO

Həmin piyadanı vuran şəxs futbolçu imiş – FOTO

Həmin piyadanı vuran şəxs futbolçu imiş – FOTO

Xalq artistinin qızı ilə rəqsi hər kəsi KÖVRƏLTDİ - VİDEO

Xalq artistinin qızı ilə rəqsi hər kəsi KÖVRƏLTDİ - VİDEO

İranlı hakerlər on minlərlə ABŞ hərbçisinin məlumatlarını ələ keçirdi

İranlı hakerlər on minlərlə ABŞ hərbçisinin məlumatlarını ələ keçirdi

İsrail səfiri Ukrayna XİN-ə çağırıldı - Rusiya taxılına görə...

İsrail səfiri Ukrayna XİN-ə çağırıldı - Rusiya taxılına görə...

Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - FOTO

Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - FOTO

Bu gün görkəmli oftalmoloq alim ZƏRİFƏ ƏLİYEVANIN doğum günüdür

Bu gün görkəmli oftalmoloq alim ZƏRİFƏ ƏLİYEVANIN doğum günüdür

Külək nə vaxt dayanacaq... - AÇIQLAMA

Külək nə vaxt dayanacaq... - AÇIQLAMA

“Sabah” “Karvan-Yevlax”ı məğlub etdi

“Sabah” “Karvan-Yevlax”ı məğlub etdi

Naibə Allahverdiyevanın qızının toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Naibə Allahverdiyevanın qızının toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Ağ Ev: “Bu, Trampa sui-qəsd cəhdidir”

Ağ Ev: “Bu, Trampa sui-qəsd cəhdidir”

Millimiz Qazaxıstana qalib gəldi

Millimiz Qazaxıstana qalib gəldi

Tramp arvadına "söz atan" jurnalistin işdən çıxarılmasını TƏLƏB ETDİ

Tramp arvadına "söz atan" jurnalistin işdən çıxarılmasını TƏLƏB ETDİ

“Turan Tovuz” – “Zirə” oyununda heç-heçə - FOTO/VİDEO

“Turan Tovuz” – “Zirə” oyununda heç-heçə - FOTO/VİDEO

Şri-Lankada narkotik daşıyan 22 rahib ələ keçib - VİDEO

Şri-Lankada narkotik daşıyan 22 rahib ələ keçib - VİDEO

Zakir Həsənov İtaliyaya rəsmi səfər edib – FOTO

Zakir Həsənov İtaliyaya rəsmi səfər edib – FOTO

Soyuducunun üstünə əşya qoyanlara xəbərdarlıq

Soyuducunun üstünə əşya qoyanlara xəbərdarlıq

Süni intellekt işçi qüvvəsindən BAHALI imiş

Süni intellekt işçi qüvvəsindən BAHALI imiş

Canlı yayımda biabırçı anlar: Aparıcı Çiçək hədəfdə- VİDEO

Canlı yayımda biabırçı anlar: Aparıcı Çiçək hədəfdə- VİDEO

NATO hər il keçirilən sammitlərdən imtina edə bilər - ABŞ-a görə...

NATO hər il keçirilən sammitlərdən imtina edə bilər - ABŞ-a görə...

End of content

No more pages to load

RADİO