Baydenin məktubu: ABŞ-a Azərbaycan reallığını qəbullandıran səbəblər

Mayın 20-də ABŞ prezidenti Co Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Azərbaycan xalqını qarşıdan gələn Müstəqillik Günü münasibətilə təbrik edən ABŞ Prezidenti, iki ölkə arasındakı diplomatik münasibətlərin 30 illiyinə də yer verib.

Dünya siyasətində önəmli dönüş nöqtələrindən birinin yaşandığı zamanda ABŞ Prezidentinin məktubu təkcə ikitərəfli münasibətlərin inkişafının yox, həm də ABŞ-ın regional siyasi xəttinin mühüm amillərini özündə ehtiva edir.

MÖVZU İLƏ BAĞLI:

ABŞ Prezidenti İlham Əliyevə MƏKTUB YAZDI

 
ABŞ Prezidenti ilk olaraq enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində Azərbaycanla əməkdaşlığa yüksək dəyər veriyini qeyd edir. Bu dəyər təbii olaraq son 30 il ərzində Azərbaycanın enerji resurslarının Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunmasındakı önəmli rolu ilə bağlıdır.

Azərbaycan və onun önəmli tərkib hissəsi olduğu “Cənub enerji dəhlizi” Avropa üçün hər zaman alternativ enerji mənbəyi olub. Xüsusilə bu gün Avropanı birbaşa enerji kartı ilə təhdid edən Rusiya ilə münasibətlərin kəskinləşməsi Azərbaycanın enerji təhlükəsizliyindəki rolunu bir daha xatırladır.

Rusiya ilə münaqişənin sürətlənməsi Azərbaycanı Avropa və ümumilikdə Qərb siyasi diskursu üçün əvəzolunmaz aktora çevirib. Çünki Azərbaycan olmasa “Cənub enerji dəhlizi”nin səmərəli və sürətli şəkildə təşkili uğurlu ola bilməz. ABŞ da bu baxımdan Azərbaycanı Avropanın enerji asılılığını aradan qaldırmağa imkan verən fəaliyyətlərin mərkəzində görür.

Məktubda həmçinin Azərbaycanın Ukraynanın suverenliyinə verdiyi dəstək, humanitar yardımının  yüksək qiymətləndirilməsi və terrorizmə qarşı qlobal mübarizəyə verdiyi əhəmiyyətli töhfələr xatırlanır.

Qeyd olunan hər iki məsələ ABŞ üçün qlobal miqyasda müttəfiqlərini müəyyənləşdirməyə xidmət edən önəmli seçim amillərini xarakterizə edir. Corc Buşun dediyi, “Bizimlə deyilsinizsə, bizə qarşısınız” məntiqi ABŞ-ın hər iki məsələdəki strateji xəttlərini göstərir.

Görünən odur ki, həm terrorizmə qarşı mübarizə, həm də Ukraynanın süverenliyinin dəstəklənməsi ABŞ-ın Azərbaycanla münasibətlərində xüsusi olaraq qiymətləndirdiyi məqamlardır.

ABŞ-ın mövqeyi Cənubi Qafqazda davamlı sülhə nail olmaq baxımından da mühüm imkan kimi qiymətləndirilə bilər. Bu məsələdəki ümidini dilə gətirən Co Baydenin sözləri, şübhəsiz ki, ABŞ-ın regionda yaranmış reallığı qəbul etməsi və dəstəkləməsi kimi qiymətləndirlə bilər.

Çünki qlobal miqyasda proseslərin fərqli məcrada davam etdiyi bir anda Azərbaycanın regiondakı maraqlarını nəzərə almamaq heç də uğurlu yanaşma olmazdı. Xüsusilə də Azərbaycanın Avropanın enerji təhlükəsizliyi və Ukrayna məsələsindəki mövqeyinin ABŞ-ın maraq dairəsində olması məsələnin önəmini daha da artırır.

ABŞ Prezidenti həmçinin Azərbaycan və Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinin bütün Qafqaz və trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcəyi qənaətindədir. Bu baxımdan ABŞ-ın Azərbaycanın sülh təşəbbüslərinin dəstəkləməsi,  iqtisadi, nəqliyyat və insanlararası əlaqələrin qurulması istiqamətində gördüyü işlərə kömək etməyə hazır olması region ölkələri üçün də önəmli mesajdır.

Məktubun mətnində ABŞ Prezidenti açıq şəkildə ölkəsinin Azərbaycanın müstəqilliyi və suverenliyini dəstəklədiyini bəyan edir. Bu xüsusilə qlobal miqyasda baş verən proseslərin fonunda ABŞ üçün olduqca əhəmiyyətli görünür.

Çünki əgər ABŞ Azərbaycanı Cənubi Qafqaz regionunda etibarlı tərəfdaşı hesab edirsə, regiondakı mövcud reallıqları da qəbul etməli olduğunun fərqindədir. Yalnız bu şərtlər daxilində ABŞ-ın qarşıdan gələn illər və onilliklərdə Azərbaycanla münasibətləri daha da genişləndirmək arzusunu reallaşdırmaq mümkün ola bilər.

Co Baydenin müraciəti həm də ABŞ-ın Azərbaycana verdiyi böyük dəyərin göstəricisidir. Bu dəyər hər şeydən öncə Azərbaycan Prezidentinin yürütdüyü siyasətin yüksək qiymətləndirilməsi və dövlət başçımızını şəxsi nüfuzu, digər tərfədən isə ABŞ-ın Azərbaycanla əlaqələrə yüksək qiymət verməsi ilə bağlıdır. Çünki real güc və geosiyasi ehtiyaclar hər zaman ABŞ-ın siyasi qərarvermə mexanizminin ayrılmaz tərkib hissələri olub.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Toydan paylaşım etməyə utanıram"

"Toydan paylaşım etməyə utanıram"

“Uşaqlar məktəbə 2 saat gec getsin” - Çevik rejimdə bu mümkündürmü?

“Uşaqlar məktəbə 2 saat gec getsin” - Çevik rejimdə bu mümkündürmü?

Kədərli günlər geridə qaldı: həyatın sevincini yenidən hiss edəcək BÜRCLƏR

Kədərli günlər geridə qaldı: həyatın sevincini yenidən hiss edəcək BÜRCLƏR

19 yaşında qazandığı milyonlar - FOTOLAR

19 yaşında qazandığı milyonlar - FOTOLAR

Ən çox dəmir ehtiva edən 7 ət növü AÇIQLANDI

Ən çox dəmir ehtiva edən 7 ət növü AÇIQLANDI

Villasında futbol izlədiyi anları bölüşdü – VİDEO

Villasında futbol izlədiyi anları bölüşdü – VİDEO

Şəhid anası dünyasını dəyişdi - FOTO

Şəhid anası dünyasını dəyişdi - FOTO

"Air France" Ər-Riyad və Dubaya uçuşları DAYANDIRDI

"Air France" Ər-Riyad və Dubaya uçuşları DAYANDIRDI

İran Küveytlə sərhədə hərbi texnika daşıyır - VİDEO

İran Küveytlə sərhədə hərbi texnika daşıyır - VİDEO

İspaniya millisi Mardirddə krallara layiq qarşılandı: 1 milyon azarkeş küçərlərə çıxdı - CANLI

İspaniya millisi Mardirddə krallara layiq qarşılandı: 1 milyon azarkeş küçərlərə çıxdı - CANLI

Nigar Fərhadın rəhbərlik etdiyi şirkətə qarşı ciddi iddialar - VİDEO

Nigar Fərhadın rəhbərlik etdiyi şirkətə qarşı ciddi iddialar - VİDEO

İordaniya İrandan atılan 3 raketi vurduğunu açıqladı

İordaniya İrandan atılan 3 raketi vurduğunu açıqladı

Argentinanın final oyunundakı sirri açıldı: Rəqiblər bilməsin deyə gizlədiblər

Argentinanın final oyunundakı sirri açıldı: Rəqiblər bilməsin deyə gizlədiblər

Kompüter qarşısında çalışanların NƏZƏRİNƏ

Kompüter qarşısında çalışanların NƏZƏRİNƏ

Səudiyyə Ərəbistanı Ümrə ziyarəti üçün viza rejimini sadələşdirdi

Səudiyyə Ərəbistanı Ümrə ziyarəti üçün viza rejimini sadələşdirdi

Salyandakı qəzada yaralananlardan daha biri xəstəxanada KEÇİNDİ

Salyandakı qəzada yaralananlardan daha biri xəstəxanada KEÇİNDİ

Şakira oxudu, Pike izlədi – VİDEO

Şakira oxudu, Pike izlədi – VİDEO

İsmayıllıda fərdi ev əşyaları ilə birlikdə yanıb kül oldu - VİDEO

İsmayıllıda fərdi ev əşyaları ilə birlikdə yanıb kül oldu - VİDEO

Zərdabda FACİƏ: 3 yaşlı uşaq aqreqatın altında qalaraq öldü

Zərdabda FACİƏ: 3 yaşlı uşaq aqreqatın altında qalaraq öldü

İlham Əliyev Berlində Mixael Harms ilə görüşdü - FOTO

İlham Əliyev Berlində Mixael Harms ilə görüşdü - FOTO

Bakı və Tbilisi beynəlxalq yükdaşımalarda kağız sənədlərə son qoyur

Bakı və Tbilisi beynəlxalq yükdaşımalarda kağız sənədlərə son qoyur

DÇ-2030-da 64 yığma komanda oynaya bilər

DÇ-2030-da 64 yığma komanda oynaya bilər

Britaniyanın yeni XİN və maliyyə nazirləri BƏLLi OLDU

Britaniyanın yeni XİN və maliyyə nazirləri BƏLLi OLDU

Ən pulgir 5 BÜRC

Ən pulgir 5 BÜRC

End of content

No more pages to load

RADİO