“Ermənistan, Azərbaycan və Rusiya Baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupun fəaliyyəti birmənalı olaraq məhsuldardır”.
Bizim.Media "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan "Ria Novosti"yə müsahibəsində bildirib.
“Alt qrupların ekspertləri çox iş görüb. Tərəflər bir sıra məsələlərdə konsensusa gələ biliblər, lakin fikir ayrılıqları da var. Hansı ki, görüşlərimiz zamanı həll yollarını tapmağa çalışırıq”, - deyə Qriqoryan qeyd edib.
Onun sözlərinə görə, Üçtərəfli İşçi Qrupunun növbəti görüşünün tarixi yaxın vaxtlarda razılaşdırılacaq.
Bizim.Media