Əziz Əlibəyli: “Təcavüzkar ölkənin azğınlığını Avropa ölkələri və beynəlxalq təşkilatlar sükutla qarşılamamalıdır. Çünki Bakı-Tbilisi-Ceyhan faydalılıq əmsalına görə, tək Azərbaycana yox, regionun üç dövlətinə və Avropanın enerji təhlükəsizliyinə xidmət edir”. Əziz Əlibəyli qeyd etdi ki, karbohidrogen ehtiyatlarının nəqli üçün təhlükəsizlik koridoru artıq çoxdan formalaşdırılıb. Bu təhlükəsizlik koridorunun beynəlxalq qarantı həm Avropa təşkilatları, həm BMT-nin özüdür.