“Altılıq formatında növbəti iclas ən çox Rusiyaya lazımdır” – Tofiq Zülfüqarovdan “3+3” ŞƏRHİ

Xəbər verdiyimiz kimi, Rusiya Xarici İşlər Nazirinin müavini Andrey Rudenko jurnalistlərə açıqlamasında “3+3” formatında növbəti iclasın iyunun sonuna kimi keçirilməsinin planlaşdırıldığını açıqlayıb. XİN rəsmisinin sözlərinə görə, bu məqsədlə hazırlıqlar da davam etdirilir.

Xatırladaq ki, “3+3” platformasına üzv ölkələrin ilk iclası ötən ilin dekabrında Moskvada baş tutub. Lakin bu ilin fevralında Rusiya-Ukrayna müharibəsinin başlaması ilə birlikdə yeni formatın bir qədər geri plana düşdüyü qeyd olunur.

Lakin Rusiya tərəfindən yenidən altılıq formatının gündəmə gətirilməsi cəhdləri də diqqət çəkir.

Mövzuyla bağlı Bizim.Media ilə fikirlərini bölüşən sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, hal-hazırda bu formatda iclasın keçirilməsi ən çox elə Rusiyanın özünə lazımdır:

“Təbii ki, bizim də, Türkiyənin və digər iştirakçıların da bu görüşün keçirilməsində maraqları var. Lakin növbəti iclasın təşkilində Rusiya daha maraqlı görünür. Yumşaq ifadə etsək, Rusiya hal-hazırda beynəlxalq izolyasiya vəziyyətindədir. Beynəlxalq əks-səda doğuran hansısa tədbirləri təşkil etmək və orda iştirak etmək Rusiya rəhbərliyinə siyasi imic üçün çox lazımdır”.
 

MÖVZU İLƏ BAĞLI:

“Altılıq” formatı çətin olacaq” - Fərid Şəfiyev 


Müsahibimiz digər üzv ölkələrin iclasa hansı səviyyədə maraq göstərəcəkləri ilə bağlı da fikirlərini bölüşüb:

“Ola bilsin ki, görüş baş tutacaq. Çünki Gürcüstan istisna olmaqla, “3+3”ə daxil olan ölkələr Rusiya-Qərb qarşıdurmasında balanslaşdırılmış siyasət yürüdən və neytral mövqedə olan ölkələrdir. Ona görə də hesab edirəm ki, nəzərdə tutulan iclasda Azərbaycan öz maraqlarını təmin etmək üçün cəhdlər edəcək. İlk növbədə Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi ilə bağlı addımlar atıla bilər”.

Tofiq Zülfüqarov indiki gərgin geosiyasi vəziyyətdə altılıq formatının regional proseslərə təsir imkanını da dəyərləndirib:

“Ən azından məsələləri gündəmə gətirmək məqsədi var. İkincisi, Rusiyaya qarşı sanksiyaların tam gücünü və təsirlərini göstərməsi üçün müəyyən vaxt lazımdır. Bundan sonra Rusiyanın əsas ticarət dövriyyəsi Çindən sonra, Şimal-Cənub dəhlizi vasitəsilə baş tutacaq. Yəni, ticarətin Rusiyadan İran, Fars körfəzi ölkələri və Hindistana istiqamətlənməsi istisna olunmur. Bu baxımdan, Zəngəzur layihəsi, Azərbaycan-İran dəmiryolunun bərpası aktuallaşacaq. Eyni zamanda bu istiqamət üzrə böyük tranzit imkanlarının olduğunu da söyləməliyik”.

Qeyd edək ki, Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Qafqazda uzunmüddətli sülhün və təhlükəsizliyin yaradılması, onun qorunub-saxlanması və çoxtərəfli əməkdaşlıq əsasında iqtisadi inkişafa nail olunması üçün yeni unikal “3+3” əməkdaşlıq platforması təklif ediblər. Ötən ilin dekabrında isə Moskvada altılıq formatında ilk iclas keçirilib. Tərəflərdən yalnız Gürcüstan “3+3” ilk toplantısında iştirak etməyib.

Murad Əhmədov, Bizim.Media      

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ucarda avtomobil xəndəyə düşdü - FOTO

Ucarda avtomobil xəndəyə düşdü - FOTO

Daşkəsəndə yollarda vəziyyət necədir? – AÇIQLAMA - FOTO

Daşkəsəndə yollarda vəziyyət necədir? – AÇIQLAMA - FOTO

Tramp mübahisəsi faciə ilə bitdi: Ata 23 yaşlı qızını güllələdi

Tramp mübahisəsi faciə ilə bitdi: Ata 23 yaşlı qızını güllələdi

Qızıl bahalaşdı

Qızıl bahalaşdı

16 illik qətl işi üzə çıxdı - Məhkuma yeni cəza verildi

16 illik qətl işi üzə çıxdı - Məhkuma yeni cəza verildi

Hava BU TARİXDƏN istiləşəcək

Hava BU TARİXDƏN istiləşəcək

Şagirdlər psixoloji təzyiq altındadır – Hər ay summativ OLAR?

Şagirdlər psixoloji təzyiq altındadır – Hər ay summativ OLAR?

Bu əraziyə 50 sm qar yağıb - FAKTİKİ HAVA

Bu əraziyə 50 sm qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanda Boz ay bu tarixdə başlayır

Azərbaycanda Boz ay bu tarixdə başlayır

Qış Olimpiya Oyunlarında bu gün keçiriləcək yarışlar – SİYAHI

Qış Olimpiya Oyunlarında bu gün keçiriləcək yarışlar – SİYAHI

Neftimiz ucuzlaşdı

Neftimiz ucuzlaşdı

Bakıda tələbə qız bacısını bıçaqladı

Bakıda tələbə qız bacısını bıçaqladı

İlhamə Quliyevanın bacısı qızı həbs edildi - FOTO

İlhamə Quliyevanın bacısı qızı həbs edildi - FOTO

ABŞ Vitse-prezidenti Şəhidlər xiyabanını ziyarət etdi – FOTO/VİDEO

ABŞ Vitse-prezidenti Şəhidlər xiyabanını ziyarət etdi – FOTO/VİDEO

Fevral ayında pulla bağlı bu BÜRCLƏRƏ xəbərdarlıq

Fevral ayında pulla bağlı bu BÜRCLƏRƏ xəbərdarlıq

Saat 10:00-da işıq kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Saat 10:00-da işıq kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Səbuhi Qurbanov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Səbuhi Qurbanov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Neftin qiyməti 200 dollara ÇATA BİLƏR – ABŞ-İran müharibəsi ilə bağlı SENSASİON PROQNOZ

Neftin qiyməti 200 dollara ÇATA BİLƏR – ABŞ-İran müharibəsi ilə bağlı SENSASİON PROQNOZ

Dövlətə xəyanət edən şəxsin məhkəməsi BAŞLADI

Dövlətə xəyanət edən şəxsin məhkəməsi BAŞLADI

"Qarabağ" dünya reytinqində 9 pillə irəlilədi

"Qarabağ" dünya reytinqində 9 pillə irəlilədi

Onlardan daha biri vəfat etdi - 15 nəfər qaldı

Onlardan daha biri vəfat etdi - 15 nəfər qaldı

Bakıda bu ərazisində yeni tunel tikiləcək – VİDEO

Bakıda bu ərazisində yeni tunel tikiləcək – VİDEO

Bakıda nasaz avtomobil marşrut avtobusu ilə toqquşdu – VİDEO

Bakıda nasaz avtomobil marşrut avtobusu ilə toqquşdu – VİDEO

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

End of content

No more pages to load

RADİO