Bu barədə Almaniyanın Heinrich Böll Fondunun Qafqaz ofisinin direktoru Stefan Meister BBC News Azərbaycancaya müsahibəsində qeyd edib. Onun sözlərinə görə, döyüşlərin nə qədər davam edəcəyini demək çətindir, amma ən azı həftələr çəkə bilər. Türkiyənin münaqişədə iştirakı onu deməyə əsas verir ki, döyüşlər bu dəfə həmişəki kimi bir neçə gün çəkməyəcək. Meister, yaxın günlərdə hərbi əməliyyatların dayanacağını gözləmir və bunun üçün kifayət qədər beynəlxalq təzyiqin olmadığını da deyir