“Cənubi Qafqaz üzrə “3+3” (Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya Türkiyə və İran) platformasının ikinci iclasına hazırlıq gedir”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS-a müsahibəsində bildirib.
“Hazırda formatın ikinci iclasına hazırlıq gedir. Biz bunu ilin birinci yarısının sonuna qədər həyata keçirməyi planlaşdırırıq.
Nəqliyyat və iqtisadi əlaqələrin açılması məsələsinə gəlincə, bu, Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin həmsədrlik etdiyi üçtərəfli ixtisaslaşmış işçi qrupu tərəfindən gerçəkləşdirilir” – deyə Rudenko qeyd edib.
Xatırladaq ki, birinci iclas ötən ilin dekabrında Moskvada baş tutub.
Bizim.Media