“Azərbaycan əraziləri ən çox minalanan ölkələrdən biridir. Ancaq bununla bağlı beynəlxalq təşkilatlardan ən az maliyyə yardımı alan ölkədir”.
Bizim.Media xəbər verir ki, bunu Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında Milli Məclisin (MM) sədri Sahibə Qafarova deyib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycanın sülh müqaviləsi ilə bağlı təklifini qəbul etdiyini bəyan edib:
“Ancaq bununla bağlı real addımlar atmır”.
Bizim.Media